...

Deputat: Baş Nazir postuna çevik, bacarıqlı şəxsin təyin olunmasına ehtiyac var idi

Siyasət Materials 8 Oktyabr 2019 18:32 (UTC +04:00)
Ölkəyə yeni Baş nazirin təyin edilməsinin bir neçə səbəbləri var və bu vaxtında atılmış addımdır.
Deputat: Baş Nazir postuna çevik, bacarıqlı şəxsin təyin olunmasına ehtiyac var idi

Bakı. Samir Əli - Trend:

Ölkəyə yeni Baş nazirin təyin edilməsinin bir neçə səbəbləri var və bu vaxtında atılmış addımdır.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, bu addım ölkədə aparılan sosial-iqtisadi islahatların yeni mərhələyə qədəm qoyması ilə də bağlıdır:

"Belə bir prosesdə bu sahəyə daha gənc və çevik, bacarıqlı şəxsin təyin olunmasına ehtiyac var idi. Ona görə də Əli Əsədovun Baş nazir təyin olunması vaxtında atılmış və düşünülmüş addımdır".

E.Nəsirov bildirib ki, Baş Nazirin dəyişdirilməsi həm də işinin öhdəsindən gələ bilməyən digər məmurlara bir mesajdır:

"Hamıya məlumdur ki, cənab Prezident İlham Əliyev hansısa şəxsi vəzifəyə təyin edərkən ona etimad göstərməklə yanaşı, həmçinin onun qarşısında öhdəliklər qoyur. Dövlət başçısı həmişə də məmurlara xalqa xidmət etməyi tapşırır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev müşavirələrində bildirir ki, bütün məmurlar xalqın xidmətçiləridir, xalqa, dövlətə və dövlətçiliyə xidmət etməlidir. Dövlət başçısı bu məqsədlə vəzifəyə təyin etdiyi şəxslərə inanır və onlara hər cür dəstək olur. Həmin məmurlar etimadı doğruldarsa, islərində keyfiyyət əmsalı yüksələrsə, dövlət başçısı onlara daha yüksək post həvalə edir. Amma öhdəlikləri yerinə yetirməyən, vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyən məmurlar Prezident tərəfindən dəyişdirilir. Bax, bu məsələ işinin öhdəsindən ələ bilməyən məmurlar üçün də bir siqnaldır ki, onlar yeni reallıqlara, yeni tələblərə adekvat reaksiya vermək qabiliyyətində olmalıdır. Hesab edirəm ki, Prezident İlham Əliyevin kadr siyasətinin əsasında bu amillər dayanır".

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Novruz Məmmədovun Azərbaycanın Baş Naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Əli Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti