...

Dövlət Müstəqilliyi günü ərəfəsində Ukraynanın tanınmış telekanalında Azərbaycanla bağlı veriliş yayımlanıb (FOTO)

Siyasət Materials 18 Oktyabr 2019 12:17 (UTC +04:00)
18 oktyabr – Dövlət Müstəqilliyi günü ərəfəsində Ukraynanın tanınmış UATV telekanalında Azərbaycanla bağlı veriliş yayımlanıb.
Dövlət Müstəqilliyi günü ərəfəsində Ukraynanın tanınmış telekanalında Azərbaycanla bağlı veriliş yayımlanıb (FOTO)

Bakı. Trend:

18 oktyabr – Dövlət Müstəqilliyi günü ərəfəsində Ukraynanın tanınmış UATV telekanalında Azərbaycanla bağlı veriliş yayımlanıb.

Azərbaycanın Ukraynadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, verilişdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev ölkəmizin əldə etdiyi uğurlar, Ermənistanın işğalçılıq siyasəti barədə ətraflı məlumat verib:

“Azərbaycan Dövlət Müstəqilliyini bərpa etdikdən sonra separatizmə, Ermənistan tərəfindən işğala məruz qalıb. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal azad edilməsinə dair qətnamələri qəbul olunsa da, təəssüf ki, bu günə qədər dünya birliyi Ermənistanın işğalçılıq siyasətinə göz yumur. Bu gün də Ukrayna bu separatizmlə üz-üzə qalıb”.

A.Xudiyev müsahibəsində, ötən 28 ildə Azərbaycanın həyata keçirdiyi qlobal enerji, nəqliyyat layihələri barədə də geniş məlumat verib: “Bu gün Azərbaycan regionda lider dövlətə çevrilib. İri iqtisadi, enerji, nəqliyyat layihələrinin müəllifidir. Bu gün reallaşan “Bir kəmər, bir yol” beynəlxalq layihəsi hələ 1995-ci ildə Ümumilli lider Heydər Əliyev tərəfindən səsləndirilib, sonradan Azərbaycan bu layihənin reallaşdırılmasında aktiv iştirak edir”.

Səfirin sözlərinə görə, bu gün beynəlxalq təşkilatlarda Azərbaycan və Ukrayna bir-birilərinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan BMT-də Ukraynanın ərazi bütövlüyünə dair qətnaməsinə səs verib.

Verilişdə Azərbaycan və Ukraynanın arasında diplomatik münasibətlərin 100 illik tarixinə, GUAM çərçivəsində əməkdaşlığı barədə də məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti