...

Azərbaycan Qazaxıstanda keçiriləcək beynəlxalq konfransda təmsil olunacaq

Siyasət Materials 26 Noyabr 2019 15:10 (UTC +04:00)
Deputat Naqif Həmzəyev tədbir çərçivəsində Türk dünyası gənc parlamentarilərinin “Gənclərin dəyəri və parlament həmrəyliyi” mövzusunda keçiriləcək birinci toplantısında iştirak edəcək.
Azərbaycan Qazaxıstanda keçiriləcək beynəlxalq konfransda təmsil olunacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Adil Əliyev və deputat Naqif Həmzəyev “Prezidentlik İnstitutu: Qazaxıstan modeli” mövzusunda keçiriləcək beynəlxalq konfransda, iştirak etmək üçün noyabrın 26-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinə səfərə gediblər.

Trend-in məlumatına görə, millət vəkili Adil Əliyev konfransda Qazaxıstanda prezidentlik institutunun yaradılması, ölkənin birinci prezidenti – Nursultan Nazarbayevin Qazaxıstan dövlətçiliyinin möhkəmləndirilməsində, parlamentarizm ənənələrinin yaradılmasında və inkişafında roluna həsr olunmuş müzakirələrə qatılacaq.

Deputat Naqif Həmzəyev tədbir çərçivəsində Türk dünyası gənc parlamentarilərinin “Gənclərin dəyəri və parlament həmrəyliyi” mövzusunda keçiriləcək birinci toplantısında iştirak edəcək. Tədbirin əsas məqsədlərindən biri TÜRK PA çərçivəsində gənc parlamentarilərin mütəmadi əməkdaşlıq platformasına dair fikir mübadiləsi aparmaqdır.

Səfər noyabrın 28-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti