...

Bakıda Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünə dəstək olaraq qəbul etdiyi qətnamə müzakirə olunub (VİDEO)

Siyasət Materials 21 Yanvar 2020 14:17 (UTC +04:00)
Avropa Parlamenti tərəfindən bu sənədin qəbul olunması şübhəsiz ki, Azərbaycanın və ilk növbədə Prezident İlham Əliyevin diplomatik qələbəsidir
Bakıda Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünə dəstək olaraq qəbul etdiyi qətnamə müzakirə olunub (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakıda “Baku Network” Ekspert şurasının direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov və politoloq Rauf Rəcəbovun iştirakı ilə bir neçə gün əvvəl Avropa Parlamentinin qəbul etdiyi və "Şərq tərəfdaşlığı" proqramı üzv ölkələrinin ərazi bütövlüyünün dəstəklənməsinə yönəlmiş “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti barədə” sənədi müzakirə olunub.

Trend-in məlumatına görə, “Baku Network” Ekspert şurasının direktoru Elxan Ələsgərov qəbul olunan qətnaməni "Şərq tərəfdaşlığı" proqramının bütün üzv ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin dəstəklənməsinə yönəlmiş başlıca sənəd adlandırıb:

“Bu sənəddə ən vacib maddə həmin ölkələrin münaqişədən əziyyət çəkən vətəndaşlarını – qaçqın və məcburi köçkünləri diqqətə alan maddədir. Xüsusilə bu, Ermənistanın Dağlıq Qarabağı və ətraf əraziləri işğalı nəticəsində əziyyət çəkmiş şəxslərə aiddir. Sənəddə qeyd olunur ki, Qarabağ münaqişəsi nəticəsində zərər çəkmiş qaçqın və məcburi köçkünlərin hüquqları bərpa olunmalıdır. Bununla da sənəd Azərbaycana Qarabağ münaqişəsinin nizamlanması istiqamətinə işləmək üçün real imkanlar təqdim edir, eləcə də Avropa ölkələri ilə müqavilələr imzalamağa kömək edəcək”.

Ekspertin fikrincə, bu qətnamənin qəbul edilməsi Ermənistana Qarabağın və Azərbaycanın digər ərazilərinin işğalçısı qismində Avropa İttifaqı məkanında anti-Azərbaycan təbliğatını aparmaqda mane olacaq.

O, bu sənədin qəbul olunmasını Azərbaycanın beynəlxalq səviyyədə növbəti diplomatik qələbəsi kimi qiymətləndirib.

Öz növbəsində politoloq Rauf Rəcəbov qəbul olunan qətnamənin doktrinal əhəmiyyətini vurğulayıb:

“Avropa Parlamenti tərəfindən bu sənədin qəbul olunması şübhəsiz ki, Azərbaycanın və ilk növbədə Prezident İlham Əliyevin diplomatik qələbəsidir. Bu sənəd Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda və ümumilikdə danışıqlar prosesində Azərbaycan üçün çox vacibdir. Mühüm olan odur ki, Avropa Parlamentinin standart qətnamələrindən fərqli olaraq yeni sənəd avropalı parlamentariləri burada qeyd olunan müddəa və bəndlərə əməl etməyə çağırır”.

http://bakunetwork.com

Bizə Twitter və Facebook-da qoşulun https://twitter.com/BakuNetwork

https://www.facebook.com/BakuNetwork

Youtube channel: https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtm

Məqalədə:
Xəbər lenti

Xəbər lenti