...

Parlament seçkilərinə AŞ PA-dan gələn müşahidəçilərin sayı bilindi

Siyasət Materials 25 Yanvar 2020 11:22 (UTC +04:00)
AŞ PA-nın seçkiqabağı nümayəndə heyəti yanvarın 22-23-də ölkəmizə edilən səfərdən sonra bəyanat verib
Parlament seçkilərinə AŞ PA-dan gələn müşahidəçilərin sayı bilindi

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində səsvermə prosesini izləmək üçün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) 32 üzvündən ibarət nümayəndə heyəti ölkəmizə gələcək.

Trend-in Secki-2020.az-a istinadən məlumatına görə, bu barədə AŞ PA-nın seçkiqabağı nümayəndə heyəti yanvarın 22-23-də ölkəmizə edilən səfərdən sonra bəyan edib.

Bəyanatda deyilir: “Dövlət qurumlarının nümayəndələri seçkilərin AŞ PA nümayəndə heyəti tərəfindən izlənməsini alqışladılar və seçkilərin şəffaf, azad və ədalətli şəraitdə keçirilməsi üzrə siyasi iradənin olduğunu vurğuladılar”.

Nümayəndə heyətindən qeyd edilib ki, seçkilər və onların müşahidəsi yalnız səsvermə gününə aid deyil, bütün seçki prosesini qiymətləndirmək üçün təhlil olunmalı və qiymətləndirilməli olan bir neçə mərhələdən ibarət prosesdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti