...

Seçicilər Pərvin Kərimzadənin fəaliyyətini yüksək dəyərləndirirlər (FOTO/VİDEO)

Siyasət Materials 3 Fevral 2020 11:30 (UTC +04:00)

Bakı. Trend:

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd Pərvin Kərimzadənin uğurla davam edir. Kampaniyası çərçivəsində təbliğat qrupunun könüllü gəncləri seçki dairəsinin əhatə etdiyi ərazilərdə “Daha güclü Azərbaycan naminə!” təşviqat aksiyası keçirib.

Trend-in məlumatına görə, YAP Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlanmış bukletləri, YAP tərəfindən irəli sürülmüş deputatlığa namizəd Pərvin Kərimzadənin təbliğat-təşviqat materiallarını seçicilərə paylayıblar.

Seçicilər təbliğat qrupunun üzvlərinə Pərvin Kərimzadənin fəaliyyətini yüksək dəyərləndirdiklərini bildirib, məmnuniyyətlə ailə üzvləri, qonşuları ilə birlikdə seçki məntəqələrinə gələrək, qarşıdan gələn parlament seçkilərində dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti