...

Azərbaycan Cənubi Qafqazda hərbi gücünə görə liderlik edir

Siyasət Materials 4 Fevral 2020 16:29 (UTC +04:00)
Azərbaycan 2020-ci il “Qlobal atəş gücü” (Global Firepower Index) reytinqində 138 ölkə arasında 63-cü yeri tutub
Azərbaycan Cənubi Qafqazda hərbi gücünə görə liderlik edir

Bakı. Trend:

Azərbaycan 2020-ci il “Qlobal atəş gücü” (Global Firepower Index) reytinqində 138 ölkə arasında 63-cü yeri tutub.

Trend-in məlumatına görə, bu nəticə ilə Azərbaycan Cənubi Qafqazda hərbi gücünə görə lider ölkə olub.

Həmin reytinqdə Gürcüstan 93-cü, Ermənistan 112-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, “Qlobal atəş gücü” reytinqi tərtib olunarkən 50 fərqli amil nəzərə alınır. Buraya aviasiya, zirehli texnika, hərbi-dəniz qüvvələrinin sayı və gücü, eləcə də təbii ehtiyatlar, insan ehtiyatları, nəqliyyat və logistika imkanları daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti