...

TÜRKPA Azərbaycanda parlament seçkilərini izləyəcək

Siyasət Materials 7 Fevral 2020 10:44 (UTC +04:00)
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) beynəlxalq müşahidəçilər missiyası 9 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə edəcək.
TÜRKPA Azərbaycanda parlament seçkilərini izləyəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) beynəlxalq müşahidəçilər missiyası 9 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə edəcək.

Trend-in məlumatına görə, müşahidəçilər missiyasının tərkibi Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin millət vəkilləri və TÜRKPA Katibliyinin diplomatik nümayəndələrindən ibarətdir.

Müşahidəçilərin proqramına bir sıra dövlət qurumlarında görüşlər daxildir. Seçkilər günü isə, TÜRKPA missiyası Bakı şəhərində və bir sıra regionlarda səsvermə prosesi üzrə monitorinq aparacaqdır.

10 fevral tarixində TÜRKPA müşahidəçilər missiyası tərəfindən apardığı müşahidələrin nəticələrinə dair mətbuat konfransı keçiriləcək və missiyanın seçkilərə dair rəsmi bəyanatı təqdim ediləcəkdir.

TÜRKPA müşahidəçilər missiyası 2010-cü ildən etibarən üzv ölkələrdə keçirilmiş prezident və parlament seçkiləri, habelə konstitusiya referendumlarını müşahidə etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti