...

Amerikalı müşahidəçi: Azərbaycanda seçicilər ruh yüksəkliyi nümayiş etdirir

Siyasət Materials 9 Fevral 2020 12:34 (UTC +04:00)
Azərbaycanda parlament seçkilərində seçicilər ruh yüksəkliyi nümayiş etdirir
Amerikalı müşahidəçi: Azərbaycanda seçicilər ruh yüksəkliyi nümayiş etdirir

Bakı. Nərgiz İsmayılova - Trend:

Azərbaycanda parlament seçkilərində seçicilər ruh yüksəkliyi nümayiş etdirir.

Bunu Trend-ə ABŞ-ın Los Anceles şəhərindən müşahidəçi Mitç Silberman deyib.

O bildirib ki, onun üçün bu ölkədə olmaq və seçkiləri müşahidə etmək böyük şərəfdir:

“Ölkənin modernləşdirilməsinə kömək edəcək yeni və enerjili parlament üzvlərinin seçilməsi prosesində böyük ruh yüksəkliyi müşahidə olunur. Biz sakinlərin öz ölkəsinin işıqlı gələcəyinə səs verməsini müşahidə etməkdən məmnunuq”.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.
Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.

Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.

Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti