...

Müşahidəçi: İsraildə olmayan maraqlı məqamları müşahidə etmişəm

Siyasət Materials 9 Fevral 2020 12:55 (UTC +04:00)
İsrail seçkilərin keçirilməsində Azərbaycanın təcrübəsindən yararlana bilər
Müşahidəçi: İsraildə olmayan maraqlı məqamları müşahidə etmişəm

Bakı. Nərgiz Sadıxova - Trend:

İsrail seçkilərin keçirilməsində Azərbaycanın təcrübəsindən yararlana bilər.

Bunu Trend-ə israilli müşahidəçi, jurnalist Boris Belodubrovski deyib.

O bildirib ki, sakinlər vətəndaşlıq borcunu yerinə yetirmək üçün seçki məntəqələrinə gəlir.

B.Belodubrovskinin sözlərinə görə, üç həftə sonra İsraildə seçkilər olacaq və bununla əlaqədar ölkə seçki prosesində digər dövlətlərin təcrübəsindən yararlana bilər:

“Mən burada İsraildə olmayan maraqlı məqamları müşahidə etmişəm. Məsələn, girişdə seçicilərin barmağını xüsusi maye ilə işarələyən şəxs. Bizdə belə bir şey yoxdur”.

O, həmçinin öz müşahidələri barədə danışıb:

“Mən seçicilərdən biri ilə danışdım. O, öz vətəndaşlıq borcunu yerinə yetirdiyini dedi və bildirdi ki, ölkədəki vəziyyətə təsir göstərə bilmək üçün bu hüququndan istifadə edir”.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.

Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.

Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.

Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti