...

İnqo Büttner: Seçki məntəqələrində yaradılan şərait Seçki Məcəlləsinə uyğundur

Siyasət Materials 9 Fevral 2020 12:22 (UTC +04:00)
Bəzi seçki məntəqələrində müşahidələr aparmışıq, yaradılan şərait Seçki Məcəlləsinə uyğundur.
İnqo Büttner: Seçki məntəqələrində yaradılan şərait Seçki Məcəlləsinə uyğundur

Bakı. Trend:

Bəzi seçki məntəqələrində müşahidələr aparmışıq, yaradılan şərait Seçki Məcəlləsinə uyğundur. Seçkiqabağı, eləcə də seçki günü görülən işlər barədə məlumatları Bakıdakı missiya mərkəzinə ötürəcəyik və yekun nəticə orada müəyyənləşəcək.

Trend-in məlumatına əsasən, bunu ATƏT-in uzunmüddətli müşahidəçisi İnqo Büttner deyib.

İnqo Büttner bildirib ki, bu il yanvarın 14-dən başlayaraq Naxçıvanda Mərkəzi Seçki Komissiyasının, medianın və digər təşkilatların nümayəndələri ilə görüşüb, seçkilərin ədalətli, şəffaf keçirilməsi üçün yaradılan şəraitlə yaxından tanış olub.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.
Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.

Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.

Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti