...

Arkadi Çernetski: Azərbaycanda parlament seçkiləri çox mütəşəkkil keçir

Siyasət Materials 9 Fevral 2020 13:17 (UTC +04:00)
Azərbaycanda bu gün müşahidə etdiyimiz parlament seçkiləri çox mütəşəkkil keçir
Arkadi Çernetski: Azərbaycanda parlament seçkiləri çox mütəşəkkil keçir

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycanda bu gün müşahidə etdiyimiz parlament seçkiləri çox mütəşəkkil keçir.

Bunu Trend-ə Rusiya Federasiya Şurasının Federativ quruluş, regional siyasət, yerli özünüidarəetmə və Şimal məsələləri üzrə komitəsinin sədr müavini Arkadi Çernetski deyib.

O, seçici fəallığının artan dinamikasını da qeyd edib: “Hazırda vətəndaşların fəallığı artır. Belə görünür ki, səhər saatlarında əlverişsiz hava şəraiti insanların seçki məntəqələrinə gəlməsinə mane olub. İndi isə səs vermək istəyən vətəndaşların sayı artmaqdadır. Fikrimcə, seçkilər mövcud seçki qanunvericiliyinə uyğun keçir. Seçki məntəqələrində zəruri reqlamentlərə əməl olunur, müşahidəçi qismində iştirak edən insanlar da düzgün davranır”.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.

Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.

Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.

Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti