...

İndoneziyalı müşahidəçi: Azərbaycanda parlament seçkiləri azad, ədalətli və mütəşəkkil keçir

Siyasət Materials 9 Fevral 2020 18:02 (UTC +04:00)
Azərbaycan vətəndaşları ruh yüksəkliyi ilə səs verir və bu səsvermə sisteminin səmərəliliyini göstərir
İndoneziyalı müşahidəçi: Azərbaycanda parlament seçkiləri azad, ədalətli və mütəşəkkil keçir

Bakı. İlkin Seyfəddini, Nərgiz İsmayılova - Trend:

Azərbaycan vətəndaşları ruh yüksəkliyi ilə səs verir və bu, səsvermə sisteminin səmərəliliyini göstərir.

Bunu Trend-ə İndoneziyadan müşahidəçilər missiyasının üzvü Veramella Ancaya deyib.

O bildirib ki, Azərbaycanda ilk dəfə seçkiləri müşahidə edir:

“Qeyd etmək lazımdır ki, təşkilatçılıq səviyyəsi heyrətləndirir. Seçki prosesi azad, ədalətli və mütəşəkkil keçir. Həm yerli, həm də xarici müşahidəçilərin çox sayda olması seçkilərin şəffaflığından xəbər verir”.

Müşahidəçi deyib ki, Azərbaycanda parlament seçkiləri İndoneziyadakı seçkilərlə oxşardır:

“Fikrimcə, ən əsası odur ki, insanlar səsvermədə maraqlıdır. Hesab edirik ki, Azərbaycanda seçkilər yüksək səviyyədə keçir”.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.

Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti