Bakı. İlhamə İsabalayeva – Trend:
Müşahidələrimə əsasən, deyə bilərəm ki, seçki prosesinə kənar müdaxilə yoxdur.
Bunu Trend-ə Bakının Nizami rayonunun 25 saylı Seçki Dairəsinin 21 saylı məntəqəsinin müşahidəçisi Heydər Orucov deyib.
Onun sözlərinə görə, günün ilk saatlarında hava şəraiti ilə əlaqədar məntəqəyə gələnlərin sayı az olsa da, daha sonra seçici fəallığı artıb.
Hazırda seçici fəallığının yüksək olduğunu vurğulayan H.Orucov əlavə edib ki, ATƏT-in Parlament Assambleyasının müşahidəçiləri də məntəqədə olarkən burada seçicilərin səsverməsi üçün yaradılan şəraitdən razılıq ediblər.
Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.
Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.