...

ABŞ-dan olan müşahidəçi: Yaradılan şərait, seçicilərin fəallığı və insanların səmimiyyəti bizi məmnun etdi

Siyasət Materials 9 Fevral 2020 18:54 (UTC +04:00)
Seçkilər haqqında ümumi qərar günün sonunda deyiləcək
ABŞ-dan olan müşahidəçi: Yaradılan şərait, seçicilərin fəallığı və insanların səmimiyyəti bizi məmnun etdi

Bakı. Trend:

Biz bir çox seçki məntəqələrində olduq. Yaradılan şərait, seçicilərin fəallığı və insanların səmimiyyəti bizi məmnun etdi. Seçkinin gedişində heç bir qayda pozuntusuna yol verilməməsinin şahidi olduq. Əlbəttə ki, seçkilər haqqında ümumi qərar günün sonunda deyiləcək.

Trend xəbər verir ki, bu sözləri ATƏT-in Amerika Birləşmiş Ştatlarından olan beynəlxalq müşahidəçisi Philip James jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, Azərbaycana ilk dəfədir səfər edir: “Biz böyük bir heyətlə gəlmişik. Əsas məqsədimiz seçkiləri izləmək, müşahidə etmək və sonda ümumi nəticələrə baxış keçirməkdir”.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.

Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti