...

Seçkilərdə problemlər müşahidə olunan 7 dairədə ciddi araşdırmalar aparılacaq

Siyasət Materials 10 Fevral 2020 02:58 (UTC +04:00)
Parlament seçkilərində problemlər müşahidə olunan əsas seçki dairələri açıqlanıb
Seçkilərdə problemlər müşahidə olunan 7 dairədə ciddi araşdırmalar aparılacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Parlament seçkilərində problemlər müşahidə olunan əsas seçki dairələri açıqlanıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisə keçirilən seçkilərlə əlaqədar təşkil edilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

M.Pənahov deyib ki, fəaliyyətlərini bu tələbə uyğun qurmağa çalışırlar:

"33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran Kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan Seçki Dairələrindən çox ciddi müraciətlər daxil olub. Ola bilsin ki, bu müraciətlərin əsası yoxdur. Amma biz bu müraciətlərin hər birini araşdıracağıq. Sabah da bizə hansısa başqa dairələrdən müraciətlər daxil olsa, gecikdirmədən bu müraciətlər ciddi araşdırılacaq".

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.

Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti