...

Latviyalı müşahidəçi: Hətta deyərdim ki, cəmiyyətin belə aktivliyi digər Avropa ölkələrində yoxdur

Siyasət Materials 10 Fevral 2020 11:14 (UTC +04:00)
Latviya müşahidə missiyası Azərbaycanda keçirilən parlament seçkilərində apardıqları müşahidələrin nəticələrini açıqlayıb.
Latviyalı müşahidəçi: Hətta deyərdim ki, cəmiyyətin belə aktivliyi digər Avropa ölkələrində yoxdur

Bakı. Samir Əli - Trend:

Latviya Müşahidə Missiyası Azərbaycanda keçirilən parlament seçkilərində apardıqları müşahidələrin nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, müşahidəçilərin nümayəndəsi Armands Krauze Azərbaycanda növbədənkənar parlament seçkilərinin Avropada olduğu kimi yüksək demokratik standartlara uyğun keçirildiyini vurğulayıb:

"Təqdiredici haldır ki, seçki məntəqələrində çoxlu sayda yerli müşahidəçilər iştirak ediblər. Bu, o deməkdir ki, siyasi proseslər, həmçinin cəmiyyətin diqqət mərkəzindədir. Bu, vacib məqamdır. Hətta deyərdim ki, cəmiyyətin belə aktivliyi digər Avropa ölkələrində yoxdur. Təşkilatçılıq baxımından istər paytaxtda, istərsə də bölgələrdə seçki prosesi qənaətbəxş təşkil olunub".

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti