...

Dövlət Agentliyinin işçilərinə “Əməkdar mühəndis” fəxri adı verilib - SƏRƏNCAM

Siyasət Materials 22 Fevral 2020 16:44 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb
Dövlət Agentliyinin işçilərinə “Əməkdar mühəndis” fəxri adı verilib - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamda deyilir:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Cəbrayılov İlham Yasəf oğlu

Quliyev Tərlan Düşməl oğlu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti