...

Elman Nəsirov: Yaşlı insanları koronavirusdan qorumaq istiqamətində daha ciddi işlər görülməlidir

Siyasət Materials 18 Mart 2020 15:07 (UTC +04:00)
Yaşlı insanları koronavirusdan qorumaq istiqamətində daha ciddi işlər görmək lazımdır
Elman Nəsirov: Yaşlı insanları koronavirusdan qorumaq istiqamətində daha ciddi işlər görülməlidir

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus bəlasını pandemiya kimi qiymətləndirib və bu virus artıq planetar xarakter kəsb edir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Antraktidadan başqa bütün qitələrdə koronavirus yayılmaqdadır:

"2001-ci il 11 sentyabr hadisələrindən bu günə kimi, 19 il ərzində ilk dəfədir ki, beynəlxalq terrorizm dünya üçün qlobal təhlükə mənbəyi hesab edilmir. Bu il yanvar ayının 11-də ilk çinli koronavirusdan öldü. Artıq üç aydır ki, dünyanın bir nömrəli problemi koronavirusdur, beynəlxalq terrorizm deyil. Ona görə də bu gün bu qlobal təhlükəylə mübarizədə dövlətlər müxtəlif növdə təsir mexanizmi işə salıblar. Azərbaycan hökumətinin bu istiqamətdəki fəaliyyəti ÜST tərəfindən çox yüksək qiymətləndirilir".

E.Nəsirov qeyd edib ki, yaşlı insanlar virusun təsirinə daha tez məruz qalır. Buna görə də onlara xüsusi diqqət və qayğı göstərilməlidir:

"Qeyd etmək lazımdır ki, yaşlı insanların koronavirusla müqavimət immuniteti çox zəifdir. Bunu nəzərə alaraq hesab edirəm ki, yaşlı insanların qorunması istiqamətində daha ciddi işlər görmək lazımdır. Yeri gəlmişkən, bu il Azərbaycanda könüllülər ilidir və belə biri ildə yaşlı insanların diqqət və qayğısında könüllülərin üzərinə böyük məsuliyyət düşür. Könüllülər ilində onlara özünü daha yaxşı göstərmək üçün unikal imkanlar yaranıb. Ancaq bütövlükdə, Azərbaycanda koronavirusa qarşı mübarizə prosesi çox səmərəli şəkildə keçirilir. Ötən gün parlamanetdə bu məsələ ilə bağlı iki qanuna - İnzibati Xətalar və Cinayət Məcəlləsinə düzəlişlər edildi".

E.Nəsirov bu günlərdə mətbuatın iş mexanizmi barədə qeyd edib ki, xəbər saytları daha çox oxunma xatirinə başlıqlar verməməlidir:

"Koronavirusla bağlı yazılar yazarkən çox ehtiyatlı olsunlar. Elə yazmaq lazımdır ki, insanlarda qorxu və panika yaranmasın. Bu günlərdə biz hamımız bir olmalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti