...

Meksika XİN Pasxa bayramı ərəfəsində vacib olmayan səfərlərdən çəkinməyə dair çağırış edir

Siyasət Materials 7 Aprel 2020 13:19 (UTC +04:00)

Bakı. Trend:

Meksika Höküməti istirahət və turizm kimi vacib olmayan səbəblərdən, ələlxüsus da Pasxa bayramı ərəfəsində Meksikadan və Meksika istiqamətinə beynəlxalq səfərlərdən çəkinməyə dair bütün meksikalılara bir daha çağırış edir. Bu, dünyada və ölkəmizdə SARS-CoV-2 virusun yayılmasının azalması üçün tədbirlərə uyğundur. Əlavə olaraq, hava əlaqəsi marşrutlarının və uçuş tezliyinin enməsi beynəlxalq uçuşların loqistikasında nəhəng çətinliklərə gətirib.

Bu barədə Meksikanın Azərbaycandakı Səfirliyindən Trend-ə məlumat verilib.

Meksikanın Xarici İşlər Nazirliyi xaricdə daimi yaşayan meksikalılara evlərində qalmağa və beynəlxalq səfərlərdən çəkinməyə dair çağırış edir. Bu xüsusda, ənənəvi olaraq Pasxa bayramı ərəfəsində Meksikaya səfər edən ABŞ-dakı Meksika icmasına ölkəmizə səfərlərini təxirə salmaqlarına dair bir daha qətiyyətli çağırış edilir. Təzəlikcə hər iki ölkədə görülən ehtiyat tədbirləri hava əlaqəsinin azalmasına və quru sərhəddə vacib olmayan səfərlərin məhdudlaşmasına səbəb olub.

Meksika Höküməti Xarici İşlər Nazirliyi vasitəsilə xaricdəki meksikalılar üçün mümkün bütün konsulluq köməyi və mühafizəsini göstərməyinə dair öhdəliyini bir daha təsdiqləyir. Buna baxmayaraq, bir daha bildirilir ki, hazırkı şəraitdə Meksika vətəndaşlarının ölkəmizə qayıtmasının müşkül olmasını nəzərə alaraq, vacib olmayan xarici səfərlərdən çəkinmək önəmlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti