...

Zaxarova: Rusiya ilə Azərbaycan arasında koronavirusla mübarizədə sıx əməkdaşlıq qurulub

Siyasət Materials 17 Aprel 2020 17:39 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Rusiya ilə Azərbaycan arasında koronavirusla mübarizədə sıx əməkdaşlıq qurulub.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib ki, koronavirus infeksiyası və onun sosial-iqtisadi fəsadları ilə mübarizədə ölkələrimizin səylərinin əlaqələndirilməsi məsələsi hazırda ikitərəfli gündəliyin vacib mövzusudur:

"Rusiya ilə Azərbaycan arasında bu sahədə sıx əməkdaşlıq qurulub. Məsələ bir neçə dəfə iki ölkə hökumət başçıları, xarici işlər nazirləri arasında müzakirə olunub. Rusiya və Azərbaycanın profil qurumları əlaqədədir".

M.Zaxarova əlavə edib ki, bu ilin martından başlayaraq Rusiya tərəfi Azərbaycana 12 min laborator tədqiqat üçün nəzərdə tutulmuş 120 test sistemi təhvil verib:

"Biz bundan sonra da zəruri köməyi göstərməyə hazırıq. Moskva və Bakı vətəndaşların öz ölkələrinə qayıtması məsələsində sıx əməkdaşlıq edir. Biz bu məsələdə köməyə görə Azərbaycan tərəfinə minnətdarıq. Bu səylər birgə həyata keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti