...

Sizin ölkəmizin tərəqqisi naminə nümayiş etdirdiyiniz fədakarlığınıza heyranam - Milli Qəhrəman anası Azərbaycan Prezidentinə yazır

Siyasət Materials 20 Aprel 2020 14:13 (UTC +04:00)
Sizin ölkəmizin tərəqqisi naminə nümayiş etdirdiyiniz fədakarlığınıza heyranam - Milli Qəhrəman anası Azərbaycan Prezidentinə yazır

Trend-i buradan izləyin

Bakı. Trend:

Sizin ölkəmizin tərəqqisi naminə nümayiş etdirdiyiniz fədakarlığınıza heyranam.

Trend Prezidentin saytına istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Milli Qəhrəman anası, Goranboy rayonu sakiniGülzar Ocaqverdiyevanın Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib.

Gülzar Ocaqverdiyevanın məktubunda qeyd edilir:

"Hörmətli cənab Prezident.

Dünyanı cənginə alan bəladan Azərbaycanımızı qoruduğunuza, hər bir vətəndaşın probleminə həssas yanaşdığınıza, aztəminatlı və imtiyazlı ailələrə diqqət və qayğınıza görə Sizə dərin minnətdarlığımı bildirməyi özümə borc hesab edirəm.

Mən milli qəhrəman anası olaraq Sizin ölkəmizin tərəqqisi naminə nümayiş etdirdiyiniz fədakarlığınıza heyranam. Xalqımız Sizə və Sizinlə birlikdə ölkəmizin taleyini çiyinləri üzərin götürmüş Mehriban xanıma həmişə minnətdar olacaqdır. Nə yaxşı ki, Siz varsınız. Uca tanrı Sizi qorusun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti