...

Prezident İlham Əliyev İsmayıllının icra başçısına töhmət elan edib

Siyasət Materials 21 Aprel 2020 18:11 (UTC +04:00)
Prezident İlham Əliyev İsmayıllının icra başçısına töhmət elan edib

Bakı. Trend:

Prezident İlham Əliyev Nahid Bağırova töhmət elan edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti