...

Mehriban Əliyeva: Heydər Əliyev xalqımız üçün – Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərmiş dahi lider idi (FOTO)

Siyasət Materials 10 May 2020 00:18 (UTC +04:00)
Mehriban Əliyeva: Heydər Əliyev xalqımız üçün – Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərmiş dahi lider idi (FOTO)

Bakı. Trend:

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə paylaşım edib.

Trend-in məlumatına görə, paylaşımda deyilir:

"Bu gün Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Dünya siyasətçiləri üçün o, müdrik və uzaqgörən siyasi və dövlət xadimi, xalqımız üçün – Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərmiş dahi lider, doğma və yaxınları üçün – qayğıkeş, mehriban, səmimi, sevimli İnsan – dost, ata və baba idi. Bu gün Heydər Əliyev aramızda olmasa da, onun xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti