...

Leyla Abdullayeva: Xaricdə yaşayan və pandemiya çətinliyi ilə üzləşən vətəndaşlara yardımlar edilir

Siyasət Materials 13 May 2020 17:48 (UTC +04:00)
Leyla Abdullayeva: Xaricdə yaşayan və pandemiya çətinliyi ilə üzləşən vətəndaşlara yardımlar edilir

Bakı. Samir Əli - Trend:

Xaricdə təhsil və iş səbəbindən yaşayan və pandemiya çətinliyi ilə üzləşən vətəndaşlara yardımlar edilir.

Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu proses davam edir: “Həmin vətəndaşlar üzləşdikləri problemlərlə bağlı səfirlik və konsulluqlara müraciətlər edirlər. Həmin müraciətlər diqqətdə saxlanılır. Bizdən çox uzaqda olan ölkələrdəki vətəndaşlara belə Azərbaycan dövlətinin yardımı çatdırılır. Maddi və digər yardımlar onlara verilir.

Hazırda Ukraynadan Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımıza da yardım edilir. Bununla bağlı onlar səfirliyə müraciət edir və yardım göstərilir. Bu istər müalicə məqsədi ilə o ölkəyə gedən, istərsə də orada yaşayan və ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımıza aiddir. Həmin şəxslərə bütün yardımlar göstərilir, həmçinin onlar nəzarətdə saxlanılırlar. Bu gün Ukraynadan Azərbaycana gəlmək istəyən yüzlərlə vətəndaşımız var. Hazırda onların ölkəyə gətirilməsi ilə bağlı işlər aparılır. Yaxın vaxtlarda həmin şəxslər çarter reysi ilə ölkəyə gətiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti