...

Eldar Əzizov: İcra Hakimiyyətinin strukturları pandemiya ilə bağlı yeni çağırışlara hazırdır

Siyasət Materials 18 May 2020 17:12 (UTC +04:00)
Eldar Əzizov: İcra Hakimiyyətinin strukturları pandemiya ilə bağlı yeni çağırışlara hazırdır

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı Şəhər İcra Hakimiyyətinin strukturları pandemiya ilə bağlı yeni çağırışlara hazırdır.

Trend-in məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

E.Əzizov bildirib ki, Prezidentin tapşırıqlarına uyğun olaraq dezinfeksiya işlərinə hələ virus yayılmamışdan əvvəl başlanılıb:

"Paytaxtda 11 700 bina var və həftədə 2 dəfədən az olmayaraq bu binalarda dezinfeksiya işləri aparılır. Həmçinin ətraf ərazilər, eləcə də əsas prospektlər dezinfeksiya edilir. Dezinfeksiya işləri ilə bağlı istər texnika, istərsə də xüsusi maddələr baxımından heç bir sıxıntı yoxdur. Hər gün bu işlərdə 2 min nəfərə qədər insan çalışır".

İcra başcısı bildirib ki, dezinfeksiya işləri zamanı liftlərə xüsusi diqqət ayrılır:

"Hər gün BŞİH-nin balansında olan liftlərdə dezinfeksiya işləri aparılır. Mənzil Tikinti Kooperativlərinə gəlincə isə, orada xidmətlər kollektiv özünü idarəetmə formasıda həyata keçirilir. Ona görə də orada kollektiv şəkildə dezinfeksiya aparmalıdırlar, ancaq BŞİH bu işdə də onlara dəstək göstərir".

Bakıətrafı qəsəbələrdə dezinfeksiya işlərinin aparılmasına gəldikdə E.Əzizov bildirib ki, dezinfeksiya işləri daha çox köməkçi xarakter daşıyır. Vətəndaşlar maska taxmasalar və maskalardan istifadə etməsələr, dezinfeksiya işlərinin də əhəmiyyəti olmayacaq.

O əlavə edib ki, pandemiya dövründə Azərbaycanda, o cümlədən Bakıda ərzaq qıtlığı yaşanmayıb.

E.Əzizov Bakı əhalisini Operativ Qərargah tərəfindən qoyulan qaydalara əməl etməyə çağırıb.

Bakı ətrafı qəsəbələrdə dezinfeksiya işlərinin aparılmasına gəldikdə E.Əzizov bildirib ki, ümumilikdə Bakıda əsas küçə və prospektlərdə mütəmadi dezinfeksiya işləri aparılır: “Qəsəbələrdə də biz çalışdıq ki, qəsəbə daxilində qəsəbə əhəmiyyətli küçələri dezinfeksiya edək, axırıncı dəfə 400-ə qədər küçə və prospekt dezinfeskiya olundu. Dezinfeksiya işlərinin də çox aparılması bitkilərə ziyan vurur. Dezinfeksiya işləri daha çox köməkçi xarakter daşıyır. Vətəndaşlar maska taxmasalar və maskalardan istifadə etməsələr dezinfeksiya işlərinin də əhəmiyyəti olmayacaq”.
E.Əzizov bildirib ki, ictimai nəqliyyatda da maarifləndirmə işini gücləndirməliyik.
BŞİH rəhbəri əlavə edib ki, dezinfeksiya işləri axşam vaxtı aparılanda indanlar şikayət edirdi ki, səs-küy olur: “Ona görə də biz dezinfeksiya işlərini şənbə günü aparmağa qərar vermişik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti