...

Musa Quliyev: Yardımlar Ermənistanı xilas etməyəcək

Siyasət Materials 17 İyun 2020 17:47 (UTC +04:00)
Musa Quliyev: Yardımlar Ermənistanı xilas etməyəcək

Bakı. Elçin Mehdiyev – Trend:

Koronavirus pandemiyası Ermənistan hökümətini çox çətin duruma salıb. Düşmən ölkədə yoluxmaların və ölümlərin sayı günbəgün artır.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, rəsmi əhalisinin sayı 3 milyondan az olan Ermənistanda koronavirusa yoluxanların sayı 18 mindən çox, ölənlərin sayı 300-dən artıqdır:

“Bu qədər yoluxma və ölüm hallarına rəğmən cəmi 87 min test aparılıb, adi test çubuqları belə çatışmır. Onsuz da bərbad vəziyyətdə olan səhiyyə sistemi tam çökmək üzrədir. Xəstələr stasionara düşmək üçün günlərlə növbə gözləyirlər. Həkim və tibb bacıları çatışmır. Ağır xəstələrə reanimasiya tədbirləri üçün çihaz və dərman defisiti günbəgün artır. Xəstələrin çoxu evindəcə dünyasını dəyişir.

Erməni xasiyyətinə uyğun olaraq xarici olkələrdən diləndikləri yardımlar da yetərsizdir. Baxmayaraq ki, indiyə qədər Ermənistana Rusiya və Çin texniki yardım göstərib, Avropa Birliyi 92 milyon avro, ABŞ 5.4 milyon dollar, Bolqarıstan, Gürcüstan, İran və Litva humanitar yardım edib və bu yardımlar davam etməkdədir”.

M.Quliyev vurğulayıb ki, Ermənistandan fərqli olaraq, Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar vəsait köçürüb, 30-a yaxın ölkəyə humanitar yardım edib:

“Ölkəmiz koronavirusla mübarizədə bütün parametrlər üzrə Ermənistanı dəfələrlə üstələyir. Koronavirus epidemiyası Paşinyan hökumətinin gündən-günə aşağı düşən ehtimad limitini sıfıra endirib. İndi onlar xalqın getdikcə artan narazılığını gah siyasi yönə çevirmək, gah da Azərbaycanın müharibəyə başlayacağı qorxusu iddiası ilə tənzimləməyə çalışırlar. Son günlər oliqarx siyasətçi Qaqik Çarukyanın adamlarının Paşinyanın istefası tələbi ilə mitinqlərə başlaması daha ciddi mətləblərdən xəbər verir.

Ola bilsin, Ermənistan iqtidarı bu mitinqlərdən məhz koronavirus problemlərindən əhalinin diqqətini yayındırmaq məqsədi ilə istifadə etsin. Müşahidələr göstərir ki, Ermənistanı daha ağır günlər gözləyir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti