...

BMT: Pandemiya ilə mübarizədə Azərbaycanın yanındayıq

Siyasət Materials 25 İyun 2020 17:23 (UTC +04:00)
Bu pandemiya ilə mübarizədə biz Azərbaycanla əməkdaşlıq edirik edirik və Azərbaycanın yanındayıq.
BMT: Pandemiya ilə mübarizədə Azərbaycanın yanındayıq

Bakı. Elçin Mehdiyev – Trend:

Koronavirus pandemiyası ilə mübarizədə biz Azərbaycanla əməkdaşlıq edirik və Azərbaycanın yanındayıq.

Trend-in məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, BMT Azərbaycana texniki yardım göstərir və bu sahədə bilikərin artırılmasında dəstək olur: “Biz müxtəlif istiqamətlərdə dövlət strukturlarının biliklərinin artırılmasında iştirak etmişik”.

Q.İsaqzai vurğulayıb ki, pandemiyanın yaratdığı təhlükə İkinci Dünya Müharibəsindən sonra bəşəriyyətin üzləşdiyi ən böyük bəladır:

“Bu virusa qarşı mübarizə qlobal həmrəylik və əməkdaşlıq tələb edir, eyni zamanda ölkə daxilində bütün vətəndaşların həmrəylik göstərməsi vacibdir. Hökumətlər cəmiyyətin hər bir üzvünün iştirakı olmadan bu pandemiyaya qalib gəlmək imkanında deyillər. Bu virusa qalib gəlmək üçün cəmiyyətin hər bir üzvü öz məsuliyyətini dərk etməli və üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Bu virusa qalib gəlməsək, ölkələrdə iqtisadiyyatın bərpası mümkün olmayacaq”.

Q.İsaqzai vurğulayıb ki, Azərbaycanda sosial-iqtisadi vəziyyətin bərpası ilə bağlı İqtisadiyyat Nazirliyi ilə danışıqlar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti