...

Nikolas Lebel: Ermənistan Dağlıq Qarabağ və ətrafındakı bölgəni faktiki olaraq işğal etməklə beynəlxalq qanunları pozmaqda davam edir

Siyasət Materials 16 İyul 2020 13:28 (UTC +04:00)
Nikolas Lebel: Ermənistan Dağlıq Qarabağ və ətrafındakı bölgəni faktiki olaraq işğal etməklə beynəlxalq qanunları pozmaqda davam edir

Bakı. Trend:

Almaniya Bundestaqının deputatı Nikolas Lebel Twitter-də Ermənistanın işğalçılıq siyasətini tənqid edib.

Trend Nikolas Lebelin bir neçə paylaşımını təqdim edir:

"Ermənistanla Azərbaycan arasındakı sərhəddəki vəziyyət məni narahat edir. İki dövlət arasındakı uzun, sakit bir mərhələdən sonra hərbi güc bir neçə gün ərzində yenidən güclənir, hər iki tərəfdə itki var".

X X X

"Çox uzun sürən bu "dondurulmuş münaqişə" nin sülh yolu ilə həllinə ehtiyac var. Ermənistan yenə də Dağlıq Qarabağı faktiki olaraq ilhaq etməklə beynəlxalq hüququ pozur. Beynəlxalq vasitəçiliklə bu münaqişədən çıxış yolu tapmalıyıq".

X X X

Rusiya hərbi və diplomatik işlərdə Ermənistanı dəstəkləməklə yanaşı, Azərbaycana qeyd-şərtsiz dəstək verdiklərini bəyan edib, ölkələri öz təsirlərini münaqişəni yüngülləşdirmək və sülh yolu ilə həll etmək üçün istifadə etməyə çağırıb"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti