...

Azərbaycan XİN Ərəbistanda husilərin mülki şəxs və obyektləri hədəf almasını pisləyib

Siyasət Materials 4 Sentyabr 2020 16:20 (UTC +04:00)
Azərbaycan XİN Ərəbistanda husilərin mülki şəxs və obyektləri hədəf almasını pisləyib

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) husilərin Səudiyyə Ərəbistanında mülki şəxs və obyektləri hədəfə almasını pisləyib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" səhifəsində məlumat verilib.

"Husi yaraqlılarının Səudiyyə Ərəbistanında mülki şəxsləri və mülki obyektləri hədəf alan davamlı cəhdlərini pisləyirik" - deyə, paylaşımda bildirilir.

XİN, həmçinin qeyd edib ki, Azərbaycan Səudiyyə Ərəbistanının suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyini qorumaq üçün gördüyü bütün tədbirləri dəstəkləyir.

Xatırladaq ki, bir neçə gün öncə Husi yaraqlıları Səudiyyə Ərəbistanındakı Abha Beynəlxalq Hava Limanına partlayıcı dron vasitəsilə zərbə endirməyə cəhd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti