...

Ərdoğan: Bütün dünyanı zülmə və ədalətsizliyə qarşı mübarizə aparan Azərbaycanın yanında yer almağa çağırıram

Siyasət Materials 27 Sentyabr 2020 15:15 (UTC +04:00)
Ərdoğan: Bütün dünyanı zülmə və ədalətsizliyə qarşı mübarizə aparan Azərbaycanın yanında yer almağa çağırıram

Bakı. Trend:

Azərbaycana qarşı hücumlarına yenisini əlavə edən Ermənistan bir daha sübut etdi ki, sülh və sabitliyin önündə ən böyük əngəldir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz "Tvitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, türk milləti hər zaman olduğu kimi bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır:

"Erməni xalqını onları fəlakətə sürükləyən hakimiyyətlərinə və onları kukla kimi istifadə edənlərə qarşı öz gələcəklərinə sahib çıxmağa çağırıram. Eyni zamanda bütün dünyanı zülmə və ədalətsizliyə qarşı mübarizə aparan Azərbaycanın yanında yer almağa çağırıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti