Bakı. Trend:
Dövlət Dumasının deputatları Dağlıq Qarabağda vəziyyətin tənzimlənməsi və gərginliyin azaldılmasına parlament dialoqu vasitəsilə töhfə vermək üçün hər şeyi etməlidir.
Trend-in məlumatına görə, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Dağlıq Qarabağda güc tətbiqinin qəbuledilməzliyi və atəşin dərhal dayandırılması barədə bəyanatının qəbul olunmasından sonra deyib.
Onun sözlərinə görə, Dövlət Dumasının deputatları münaqişənin diplomatik yolla tənzimlənməsinin tərəfdarıdır.