Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb

Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb

Bakı. Trend:

Azərbaycan Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb.

Şuradan Trend-ə verilən məlumata görə, müraciətdə deyilir:

"Otuz ildən artıqdır davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin gərginləşməsi, o cümlədən hərbi əməliyyatların intensiv xarakter alması dünyanın kütləvi informasiya vasitələrinin diqqətindədir. Rusiya mediası da məsələyə fəal yanaşması ilə seçilir.

Rusiyanın ayrı-ayrı KİV-lərinin timsalında münaqişənin tarixinə, hazırkı durumuna marağın obyektiv təzahür formalarını, mövzuya dair peşəkar təqdimatları görür, yüksək dəyərləndirir, təşəkkürümüzü bildiririk.

Ümumən Rusiya cəmiyyətinin məsələdəki həssaslığı təbiidir. Ancaq təəssüf ki, ictimaiyyət ölkə mediasının timsalında Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla bağlı əsasən qeyri-obyektiv şəkildə məlumatlandırılır. Hadisə və faktlara birtərəfli münasibət göstərilir. Təəssüf doğuran məqam isə budur ki, Rusiya KİV-lərinin məsələyə münasibətilə Ermənistan rəsmi dairələrinin, siyasilərinin yalan və iftiralara köklənmiş mövqeyi əksər hallarda üst-üstə düşür. Sıralarında Azərbaycanın aparıcı media orqanlarını, jurnalist təşkilatlarını birləşdirən Azərbaycan Mətbuat Şurası buna etirazını bildirir.

Azərbaycan Mətbuat Şurası Qərb mediasının da Dağlıq Qarabağ münaqişəsinin hazırkı alovlanma səbəbləri və tarixi ilə bağlı materiallarını izləyir. Orada da birtərəfli şərhlərə rast gəlinməkdədir. Lakin müqayisəli yanaşdıqda, görürük ki, Rusiyanın bir sıra başlıca media orqanları obyektiv həqiqətlərə, real duruma qərəzli, ədalətsiz yanaşma, cəmiyyəti yanlış yönləndirmə baxımından Qərb ölkələrinin KİV-lərindən daha öndədir. Bu bizi çox məyus edir. Tam qətiyyətlə bildiririk ki, belələrinin yayımlarında, təhlillərində təsvir edilən Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, problemin hazırkı inkişaf dinamikası ilə reallıq arasında heç bir əlaqə yoxdur. Hesab edirik ki, belə xoşagəlməz dəst-xəttin seçilməsi Azərbaycanın və Rusiyanın ictimaiyyət nümayəndələri, ziyalıları arasındakı dostluğa və səmimiyyətə əsaslanmış münasibətlərə məhəl qoymamaq cəhdidir. Bütün bunları nəzərə alaraq Sizlərə - Rusiya Jurnalistlər İttifaqının üzlərinə müraciət edirik.

Rusiya Jurnalistlər İttifaqı yalnız bir ölkənin deyil, ümumən dünyanın ən böyük, ənənələrə malik oturuşmuş jurnalist təşkilatlarındadır. O, Rusiya mediası və ictimaiyyəti ilə yanaşı, ümumən beynəlxalq media industriyasına təsirə malikdir. Azərbaycan Mətbuat Şurası bu qurumla əlaqələrimizdən məmnunuq. Sevindirici haldır ki, biz birgə əməkdaşlıq haqqında memoranduma malikik. Həmin sənəddə nəzərdə tutulan perspektiv planları, ən əsası isə təşkilatın Rusiya cəmiyyətindəki yüksək populyarlığını nəzərə alaraq istərdik ki, o, özünün səlahiyyətlərindən istifadə edərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birtərəfli təqdimatlara qarşı öz mövqeyini açıqlasın. Mütərəqqi, demokrarik ruhlu ictimai instutut olan Rusiya jurnalistikası Dağlıq Qarabağda, ümumən Rusiya üçün önəmlı olan, tarixi maraqlar baxımından əhəmiyyətli coğrafiya sayılan Cənubi Qafqaz regionunda sülhün və sabitliyin, əminamanlığın və firavanlığın yaranmasında maraqlıdırsa, hansısa lokal mənafelərin təminatından mütləq şəkildə daşınmalı, hadisə və proseslərə məhz jurnalist peşəsinin prinsipləri baxımından yanaşmalıdır. Bu bizim arzu və istəyimizdir. Ümüd edirik ki, Rusiya Jurnalistlər İttifaqı da məsələyə öz dəstəyini ifadə edəcəkdir. Tam əmin edirik ki, bu dəstək nəinki münaqişə nəticəsində ərazi bütövlüyü, beynəlxalq müstəvidə təsbit olunmuş sərhəd toxunulmazlığı pozulmuş Azərbaycanın haqq işinə, eyni zamanda bəşəri ədalətin bərqərar olmasına müstəsna köməkdir".

Türkiyə və Ukraynanın müdafiə nazirlərinin görüşü baş tutub
Türkiyə və Ukraynanın müdafiə nazirlərinin görüşü baş tutub
Türk Şurasının beynəlxalq nüfuzu artır - Azərbaycan türk dünyasının birləşdiricisi kimi...
Türk Şurasının beynəlxalq nüfuzu artır - Azərbaycan türk dünyasının birləşdiricisi kimi...
Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi beynəlxalq hüququn növbəti pozuntusudur - Səfir
Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi beynəlxalq hüququn növbəti pozuntusudur - Səfir
Loading Bars
Xəbər lenti
Qırğızıstanda referendum və yerli hakimiyyət orqanlarına seçkilər keçirilir
Samuxda mərasimlərin keçirilməsinin qarşısı alınıb (FOTO)
Rumıniyada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb
Çin Azərbaycana dəmir yolu vasitəsilə 50 konteyner ixrac malı göndərəcək
Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib
Qazaxıstanda son sutkada koronavirusa 2 842 nəfər yoluxub
Fransada silah satışı ilə məşğul olan cinayətkar dəstə saxlanılıb
Avstriya 1 milyon doza Sputnik vaksini almaq niyyətindədir
Çində kömür mədənini su basıb, onlarla fəhlə təhlükədə qalıb
Fransada koronavirusa yoluxma hallarının sayı 5 milyonu ötüb
Yunanıstan sahillərində zəlzələ qeydə baş verib
Hindistanda avtobus dərəyə düşüb, azı 10 nəfər ölüb
Türkiyədə son sutkada koronavirusdan 32 539 nəfər sağalıb
Futbol üzrə İspaniya çempionatı: "Real" "Barselona"ya qalib gəldi
Türkiyə və Ukraynanın müdafiə nazirlərinin görüşü baş tutub
Dünyada koronavirusa yoluxanların sayı 134 milyonu ötüb - ÜST
Ağdamda ev yanıb (FOTO)
Türk Şurasının beynəlxalq nüfuzu artır - Azərbaycan türk dünyasının birləşdiricisi kimi...
Mingəçevir Dövlət Universitetində “Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi” yaradılıb
“Yaşıl Marafon” çərçivəsində Bakı və Tərtərdə daha 1 225 ədəd müxtəlif cinsli ağac əkilib (FOTO)
İtaliyada son sutka ərzində koronavirusdan 344 nəfər ölüb
Myanmada toqquşmalarda ölənlərin sayı 701 nəfərə çatıb
Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi beynəlxalq hüququn növbəti pozuntusudur - Səfir
Bərdədə ağır avtomobil qəzası, xəsarət alanlar var
Latviya təhsil sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır
Şəhid ailələrinə və vətən müharibəsi iştirakçılarına dövlət qayğısı bundan sonra da davam edəcək - Deputat
Şahzadə Filipin dəfn mərasiminin tarixi elan edilib
Goranboyda toy mərasimin keçirilməsinin qarşısı alınıb
Azercell-in “Kabinetim” mobil tətbiqi 1 mln yüklənməni aşdı
Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdəndir - Tamam Cəfərova
Kürün aşağı axımında suyun duzluluğunun artması səbəbləri araşdırılır
İngiltərə futbol çempionatının lideri "Mançester Siti" "Lids"ə məğlub oldu
Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Ermənistandan mina sahələrinin xəritəsini tələb etməli olan müvafiq komissiyalar yaradılmalıdır - Rusiyalı politoloq
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib
Azərbaycan startapı beynəlxalq proqramda iştirak edəcək
Türk Şurasının informasiya və media üzrə məsul rəsmiləri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycan nefti bahalaşır
Ukraynanın nüfuzlu “Kiev Diplomatic” jurnalında Azərbaycanla bağlı geniş məqalə dərc edilib (FOTO)
Hərbi polisin yaranmasının 29-cu ildönümü qeyd edilir (VİDEO)
Mingəçevirdə restoranda toy edənlər cərimələnib (FOTO/VİDEO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Macarıstan Türk Şurası ölkələrini vacib tərəfdaş hesab edir
Azərbaycanda 2 192 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Xəzər rayonunda ümümrayon iməcliyi və dezinfeksiya işləri aparılıb (FOTO)
Media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq - Hikmət Hacıyev
Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkı salınacaq
Türk Şurası çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır - Prezidentin köməkçisi (VİDEO)
Kür çayında batan bacı-qardaşlardan birinin meyiti tapılıb
Son illərdə saxta əlillik təyinatının ləğvi nəticəsində əhəmiyyətli miqdarda dövlət vəsaitinə qənət olunub - Deputat
Qazaxıstan media və informasiya sahəsində Türk Şurası ölkələri ilə uğurla əməkdaşlıq edir
Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirak etməyə hazırdır
Respublika çaylarında yaz-yay gursululuq dövründə gözlənilən vəziyyət AÇIQLANIB (FOTO)
“Media haqqında” yeni qanun layihəsi medianın inkişafına imkan verəcək - Hikmət Hacıyev
Azərbaycan Prezidentinin köməkçisi Türk Şurasının Baş katibi ilə görüşüb
Səudiyyə Ərəbistanında 3 hərbçi edam olunub
Biz əl-ələ verəcəyimiz halda, aşa bilməyəcəyimiz maneə olmadığını gördük - Fahrettin Altun
Azərbaycanın qələbəsi həm də türk dünyasının qələbəsidir - Hikmət Hacıyev
Qaxda yol polisi reyd keçirib (FOTO)
Türk dövlətlərinə qarşı saxta informasiya kampaniyaları aparılır - Prezidentin köməkçisi
MDU-da növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb (FOTO)
Azərbaycan türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün lazımi işləri görür - Hikmət Hacıyev
Türk dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yol xəritəsi hazırlanır
Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq - Bağdad Amreyev
Bakıda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilib - (FOTO/VİDEO)
“Əsas Məsələ”də Prezident İlham Əliyevin həftə ərzində keçiridyi yüksək səviyyəli görüşlər müzakirə olunub (VİDEO)
Sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədilə onlayn sorğu keçirilir
İranda ötən sutka 193 nəfər koronavirusdan ölüb
"Buta Airways" Rusiyanın "Jukovski" şəhərinə uçuşlar həyata keçirəcək
Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır
MUSİAD nümayəndə heyəti Qubada səfərdə olub (FOTO)
Atletimiz Avropa çempionatında bir qızıl və bir bürünc medal qazanıb (FOTO)
Bakıda daha bir nəqliyyatın mübadilə məntəqəsi yaradılıb (FOTO)
Bakıda məşhur restoranlarda nöqsanlar aşkarlanıb (SİYAHI)
Könül Nurullayeva sakinlərin müraciətləri ilə maraqlanıb (FOTO)
Deputat Pərvin Kərimzadə seçiciləri ilə növbəti görüş keçirib (FOTO)
Zabrat Hava Limanı ərazisində təlim keçirilib (FOTO)
Finlandiya sprey formasında koronavirus vaksini hazırlayır
Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi başlandı
Sabah rayonlara dolu düşəcək
“Fitch” SOCAR-ın uzunmüddətli reytinqini «BB +» səviyyəsində təsdiqləyib (ƏLAVƏ OLUNUB)
Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım, ikisi də mənim Vətənimdir - Erkan Özoral
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət edib
Prezident İlham Əliyev: Türkiyənin Azərbaycana göstərdiyi dəstək həmişə bizim qəlbimizdə yaşayacaqdır
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri bu gün ən yüksək zirvədədir
Bibiheybətdə gəmidə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Şəhid ailəsi və qazilərə dəstək üçün bu günə kimi 18 milyona yaxın pul xərclənib
Ötən gün 47 yanğın olub, 1 nəfərin meyiti aşkarlanıb (VİDEO)
Kanada XİN-dən "Dostluq" yatağı ilə bağlı açıqlama
Azərbaycan dövlətinin apardığı siyasətin mərkəzində insan amili dayanır - Tamam Cəfərova
Yunanıstan-Bolqarıstan interkonnektorunun işə salınması ilə TAP-ın Avropa üçün əhəmiyyəti artacaq
Bərdədə toy məclisi aşkarlandı, 19 nəfər cərimələndi
Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
Polis Bakıda əməliyyat keçirdi, narkobaronlardan 64 kiloqram narkotik vasitə götürüldü (FOTO/VİDEO)
Bakıda həyətdə toy məclisində 28 nəfər məsuliyyətə cəlb olundu (VİDEO)
Erkan Özoral “Dostluq” ordeni ilə təltif edilib
Çində üçüncü koronavirus vaksininin sınaqlarına icazə verilib
Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Paytaxtda daxili iməclik və geniş dezinfeksiya keçirilib (FOTO)
AZAL Heydər Əliyev Beynəlxalq Aeroportunun təmizlik işlərinin satınalınması ilə bağlı açıq tender elan edir
Bütün xəbərlər