...

Aydın Mirzəzadə: Azərbaycanın bu gün kənardan yardıma ehtiyacı yoxdur

Siyasət Materials 3 Oktyabr 2020 11:29 (UTC +04:00)
Aydın Mirzəzadə: Azərbaycanın bu gün kənardan yardıma ehtiyacı yoxdur

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın bu gün kənardan heç bir yardıma ehtiyacı yoxdur. Hərbi qüdrətimiz kifayət qədərdir, insan resurslarımız var, eyni zamanda maddi resurslarımız imkan verir ki, həm hərbi əməliyyatlar aparaq, həm də insanlarımızın gündəlik sosial problemlərini həll edək.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə Avropa İttifaqının təmas xəttinin hər iki tərəfində Dağlıq Qarabağ münaqişəsindən ziyan çəkmiş əhaliyə yardım göstərməklə bağlı qərarını şərh edərkən deyib.

Deputat bildirib ki, o başqa məsələdir ki, bu gün Ermənistan yaranmış vəziyyətdən istifadə edərək dünyaya əl açıb dilənir.

Torpaqlarımızın bir hissəsini işğalda saxlayan Ermənistan bu gün böyük çətinliklər çəkir və çox düzgün olardı ki, Avropa Birliyi bu gün Ermənistanın işğalçı olduğunu etiraf edərdi, bu gün Ermənistanın düşdüyü çətin vəziyyətin ilk növbədə Ermənistanın özünün apardığı düşünülməmiş siyasət olduğunu, qonşu dövlətlərlə mehriban qonşuluq mühitində yaşamaqdan imtina etməsi olduğunu bildirəydi”.

Deputat vurğulayıb ki, bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad etmək əzmindədir və bu istiqamətdə fəaliyyətini davam etdirir: “Çox istərdik ki, xaricdəki müəyyən dairələr bu gün Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək uğrunda əməliyyatlar keçirdiyini dərk etsin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti