...

Baş Prokurorluq: Ermənistanın terror cəhdlərinin qarşısı alınıb

Siyasət Materials 5 Oktyabr 2020 21:36 (UTC +04:00)
Baş Prokurorluq: Ermənistanın terror cəhdlərinin qarşısı alınıb

Bakı. Trend:

Ordumuzun qətiyyətli tədbirləri nəticəsində təcavüzkar Ermənistanın terror cəhdlərinin qarşısı alınıb.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, 05 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində Ermənistanın silahlı qüvvələri ağır artilleriyadan atəş açmaqla Gəncə şəhərinin müxtəlif ərazilərinə top mərmiləri atıb, lakin Ordumuzun qətiyyətli tədbirləri nəticəsində Ermənistanın silahlı birləşmələrinin terror cəhdlərinin qarşısının alınması nəticəsində mülki əhali arasında xəsarət alan olmayıb və mülki infrastruktur obyektlərinə hər hansı ziyan dəyməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti