...

Prezident İlham Əliyev: Biz silahları pulla alırıq, Ermənistan isə bir çox hallarda pulsuz alır

Siyasət Materials 7 Oktyabr 2020 19:17 (UTC +04:00)
.
Prezident İlham Əliyev: Biz silahları pulla alırıq, Ermənistan isə bir çox hallarda pulsuz alır

Bakı. Trend:

Bizdə S-300 hava hücumuna qarşı qurğular var, biz onları Rusiyadan almışıq. Rusiyadan bir çox silahlar almışıq. Burada heç bir məhdudiyyət yoxdur. Ona görə ikili standartlardan danışa bilmərəm. Yalnız bir fərq ondadır ki, biz bunu pulla alırıq və bu da çox bahalı sistemlərdir. Ermənistan isə bir çox hallarda pulsuz alır. Yəni, hədiyyə kimi, ya da ki, kredit şəklində alır.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev CNN-Türk televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Amma o kredit kağız üzərində qalır, qaytarılmır. Təbii ki, bu bahalı silahlar Ermənistana pulsuz verilməsəydi, Ermənistanın buna sahib olması müzakirə mövzusu ola bilməzdi və bu münaqişə çoxdan çözülərdi. Çünki Ermənistanın silahlanması və pulsuz silahlanması onlarda bir əminlik yaratdı ki, bu torpaqları işğal altında əbədi saxlaya bilərlər. Yəni, fərq bundadır. Ancaq bizim imkanımız var ki, Rusiyadan silahlar alaq. Biz başqa ölkələrdən də silahlar alırıq. Bu məsələ ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Bəzi ölkələr var ki, onlar bizə embarqo qoyublar, ancaq bu, bizə o qədər də böyük problem yaratmır. Çünki indi silah bazarı daha çox şaxələnmiş bazardır, coğrafiyası da genişlənir. Mən bu yaxınlarda demişəm, bu gün Türkiyənin müdafiə sənayesi o qədər sürətlə inkişaf edir ki, ümid edirəm, gələcəkdə bizim Türkiyə silahları ilə təchizatımız daha da yüksək səviyyəyə qalxacaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti