Ombudsman Ermənistanın Gəncəni atəşə tutması ilə bağlı bəyanat yayıb

Ombudsman Ermənistanın Gəncəni atəşə tutması ilə bağlı bəyanat yayıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhə bögəsindən kənarda yerləşən Gəncə şəhərini və digər yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən mütəmadi olaraq atəşə tutması nəticəsində dinc əhali arasında baş vermiş ölüm, yaralanma halları və mülki obyektlərin dağıntılara məruz qalmasına dair növbəti etiraz bəyanat yayıb.

Trend xəbər verir ki, bəyanatda deyilir:

"Təcavüzkar siyasətindən, müharibə cinayətlərindən və insanlıq əleyihə yönəlmiş çirkin əməllərdən əl çəkməyən işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüquq normalarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən mütəmadi olaraq atəşə tutmaqda davam edir.

Acı təəssüf hissi ilə bəyan edirik ki, Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri, qədim tarixə malik, çoxsaylı mədəniyyət obyektləri olan, əhalinin sıx məskunlaşdığı Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutmuşdur. Nəticədə içərisində uşaq, qadın, ahıl insanların da yaşadığı binada 9 nəfər həlak olmuş, 34 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəymişdir. Dağıntılar altında hələ də insanlar qalmışdır.

Beynəlxalq humanitar hüquq normaları, Cenevrə konvensiyaları hərbi əməliyyatların gedişində kombatantların və mülki şəxslərin, hərbi və mülki obyektlərin aydın şəkildə fərqləndirilməsini əsas prinsip kimi tələb etdiyi halda, Ermənistan silahlı qüvvələrinin mülki əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini və region üçün stateji əhəmiyyətli Mingəçevir şəhərini və digər yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raketlərdən istifadə etməklə mütəmadi olaraq atəşə məruz qoyması onun beynəlxalq hüququn tələblərini tanımadığını, ona saymazyana münasibət göstərdiyini bir daha sübut edir.

Xüsusi raket sistemlərindən istifadə etməklə mülki əhalini hədəf seçən işğalçı Ermənistan dövlətinin 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, xüsusilə Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il 14 may tarixli Haaqa Konvensiyasının, Uşaq hüquqları Konvesiyasının və insan hüquqları sahəsində digər beynəlxalq sənədlərin müddəalarını kobud şəkildə pozmaqla müharibə cinayətlərini davam etdirməsi nüfuzlu beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən pislənilməli və Ermənistana qarşı beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ciddi ölçü götürülməlidir.

Təcili olaraq nüfuzlu beynəlxalq təşkilatları və dünya dövlətlərini beynəlxalq hüquququn norma və prinsiplərinin kütləvi və kobud şəkildə pozulması ilə qəsdən törədilmiş və mülki əhalinin qətlə yetirilməsi ilə nəticələnən müharibə cinayətlərini törətməkdə davam edən işğalçı Ermənistan Respublikasından Azərbaycan Respublikasının mülki əhalisinin həyat və sağlamlığına, mülkiyyətinə qəsd edilməsinə, beləliklə də insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına səbəb olan müharibə cinayətlərinə son qoymağı və beynəlxalq hüquqi məsuliyyət müəyyən edən qətiyyətli addımlar atmağı tələb edirik".

Bəyanat BMT Baş Katibinə, BMT Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Azərbaycanın avtomobil idxalı 40 faizdən çox artıb
Azərbaycanın avtomobil idxalı 40 faizdən çox artıb
“Bakcell” nömrəsi almaq üçün ən yaxın ünvan
“Bakcell” nömrəsi almaq üçün ən yaxın ünvan
Azərbaycanda müxtəlif sığorta növləri ilə üzrə vahid mobil tətbiq hazırlanacaq
Azərbaycanda müxtəlif sığorta növləri ilə üzrə vahid mobil tətbiq hazırlanacaq
Loading Bars
Xəbər lenti
Azərbaycan xalqı həmişə sülh çağırışında olub - Hikmət Hacıyev
Muğanbank korporativ saytını yeniləyib
Zaqatalada narkokuryerə hökm oxundu
AFFA Canni De Byazi ilə yeni müqavilə imzaladı
Bərpa olunan enerji mənbələri üzrə xarici şirkətlərlə razılıqlar əldə olunub - Pərviz Şahbazov
Unibank şəhid və qazi ailələrinə dəstək olmaqda davam edir
Sabah hava yağmursuz keçəcək
Sülh dayanıqlı olmalıdır ki, mədəniyyəti qura bilək - Anar Kərimov
Biz Azərbaycanın və Ermənistanın gənc nəsillərinin gələcəkdə ümumi dil tapa bilməsi imkanlarını görürürük - Hikmət Hacıyev
Bakı sakininin evindən silah çıxdı
Azərbaycan sülh naminə mədəni irsin qorunması işindəki səylərinə görə tərifə layiqdir - ISESCO rəhbəri
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə təbrik məktubu göndərib
Noyabrda 9 nəfər minaların qurbanı olub
Distant təhsil real təhsili tam əvəz edə bilmir - Nazir
Dayanıqlı sülh daimi səylər tələb edir - BMT-nin ali nümayəndəsi
Mədəniyyəti hifz etmək üçün sülhə ehtiyacımız var - Elham Aişeyni (FOTO)
Prezident İlham Əliyevin sayəsində Azərbaycan müxtəlif dinlərin, mədəniyyətlərin mərkəzinə çevrilib - ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti (FOTO)
Dövlət Xidmətinin rəisi UNESCO-nun iclasında Ermənistanın təxribat xarakterli çıxışlarına cavab verib (FOTO)
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradıldı (FOTO)
Xocavənddə silah-sursat aşkar edildi (VİDEO)
Gələn ilin bayram günləri açıqlanıb
Ermənistanın İqtisadiyyat Nazirliyində araşdırmalar aparılır
Azərbaycan mədəni müxtəlifliyi ilə tanınır - Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti
DSX-nin şəhid zabiti Beyləqanda dəfn edilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Kiber cinayətkarlar onlayn kinoteatr istifadəçilərini necə aldadır?
Kamran Əliyev Ukraynada Beynəlxalq Antikorrupsiya Forumunda iştirak edib
Regionlarda şəhid ailələri və müharibə iştirakçılarının müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri işə başlayacaq
Biz sülhə təşviq edirik ki, mədəniyyət yenidən canlansın - Anar Kərimov
Binəqədidə qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb (FOTO)
7 il əvvəl Bakıda adam öldürən şəxsin məhkəməsi başladı
Bitki yağını kərə yağı adı altında satan mağaza cərimələnib
Hazırda Azərbaycana 60-dan çox ölkənin vətəndaşları səfər edə bilər - Agentlik sədri
30 il ərzində gözləyirdik ki, UNESCO mədəni irsimizə qarşı törədilənlərə rəy bildirsin - Hikmət Hacıyev (FOTO)
Polşada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi qeyd edilib
Bakıda “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu keçirilir
Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT
Dəmirağacları kəsən şəxs barəsində cinayət işi başlanılıb (FOTO)
Laçında 2500-ə yaxın ağac əkilib (FOTO)
Qubada tanışını döyüb öldürən şəxsin məhkəməsi başlayır
Azərbaycan nefti bahalaşıb
Prezident İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul edib (FOTO/VİDEO)
Bakı Kitab Mərkəzində tanınmış ingilis yazıçısı Çarli Makizin Azərbaycan dilinə tərcümə olunmuş əsərinin təqdimatı keçirilib (FOTO)
Azərbaycanda pul bazası artıb
Toyda qayda pozan 4 nəfər cərimələndi
Heydər Əliyev Fondu Bakıdakı katolik kilsəsində bərpa işlərini başa çatdırıb (FOTO)
Nazir iki yüksək rütbəli polis məmurunu vəzifədən azad etdi
Hacıqabul sakinlərindən narkotik götürülüb (FOTO)
Ağcabədidə ev yanıb, biri polis olmaqla ailənin üç üzvü yanaraq ölüb (FOTO)
Xarici valyutaların manata qarşı məzənnələri
Balakəndə meşələri məhv edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Ötən gün axtarışda olan 57 nəfər saxlanılıb
Evini tərk edən iki koronavirus xəstəsi barədə cinayət işi başlandı
Azərbaycan UNESCO-nun komitəsinə üzv seçilib - XİN
Çin və ABŞ hərbi dialoqa hazırlaşırlar
Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib (ÖZƏL)
Danimarkada "omikron" ştammına 7 yoluxma halı qeydə alınıb
BMT-nin baş katibi yeni səyahət məhdudiyyətlərini ədalətsiz adlandırıb
Tramp Baydenin hakimiyyətə gəlməsindən sonra ABŞ-ın nüfuzunun minimuma endiyini deyib
Ağ Ev ABŞ və Rusiya liderlərinin mümkün görüşünü şərh edib
Dünyada koronavirusa qarşı 8 milyarddan artıq peyvənd istifadə edilib
Çavuşoğlu və Blinken Azərbaycan və Ermənistanı müzakirə ediblər
Ərdoğan yeni xəzinədarlıq və maliyyə naziri təyin edib
Dünyada beynəlxalq miqrantların sayı 281 milyona çatıb
İtaliyada 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvənd olunmasına icazə verilib
İngiltərə Premyer Liqası: "Liverpul" "Evertonu" darmadağın edib, "Çelsi" növbəti qələbəsini qazanıb
ABŞ-da atışma olub, ölənlər var
OPEC ölkələri yeni baş katib seçəcəklər
İsraildə Milli Antiterror Bölməsi yaradılacaq
ABŞ-da "omikron" ştammına ilk yoluxma halı aşkarlanıb
Ombudsman Səbinə Əliyeva İtaliyaya rəsmi səfər edib
İran-Əfqanıstan sərhədində silahlı toqquşmalar baş verib
23 ölkədə koronavirusun "omikron" ştammına yoluxma halları qeydə alınıb - ÜST
Bakıda ikimərtəbəli evdə partlayış olub
Ermənipərəst dairələrin maliyyələşdirdiyi "siyasi mühacirlər" "Qarabağ"ın matçına təxribatlar hazırlayır
Türkiyədə son sutkada koronavirusdan 24 113 nəfər sağalıb
"Petkim" xaricdə 350-dən çox müştəri portfelinə malikdir
Qazaxıstan səfiri helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir
Azərbaycanın avtomobil idxalı 40 faizdən çox artıb
Oqtay Gülalıyev sağdır, səhhəti yaxşıdır - Oğlu
DGK büdcə öhdəliyinə 111 faizdən çox əməl edib
Bu gun razılaşdırılmayan aksiyada saxlanılanalar arasında qadın və azyaşlı yoxdur - DİN
Qazi Universiteti, AzTU və MDU üçtərəfli işbirliyi çərçivəsində elmi seminar keçirilib (FOTO)
UNEC İqtisadi Forumun birinci günü uğurla başa çatıb (FOTO)
Mərkəzi Bankın valyuta ehtiyatları 10 faizdən çox artıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 795 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi qrupunun növbəti iclası keçirilib
ABB-də cəmi 13%-lə kredit fürsəti!
ABŞ səfiri Tərtərə səfər edib (FOTO)
Azərbaycan və Ermənistanın xarici işlər naziri İsveçdə görüşəcək
AzTV DSX-nin helikopterinin qəzaya uğraması ilə əlaqədar olaraq efir proqramında dəyişiklik edib
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Dekabrın 2-nə USD/AZN rəsmi məzənnəsi
FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Helikopter qəzası ilə bağlı yayılan şayiələr - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Ölkədə ilk özəl kiber təhlükəsizlik R&D mərkəzinin açılışı oldu (FOTO)
Daha bir qrup qazi 4-cü nəsil elektron protezlə təmin edildi (FOTO)
ABŞ-ın MLI İnstitutu Azərbaycana daha 8 minaaxtaran it göndərib (FOTO)
Almaniyada İkinci Dünya müharibəsindən qalan bomba partlayıb, yaralılar var
Bütün xəbərlər