...

Akademik Gövhər Baxşəliyevanın Ermənistanın işğal siyasəti barədə məqaləsi ərəb ölkələri mediasında geniş yayımlanır

Siyasət Materials 16 Oktyabr 2020 19:31 (UTC +04:00)
Akademik Gövhər Baxşəliyevanın Ermənistanın işğal siyasəti barədə məqaləsi ərəb ölkələri mediasında geniş yayımlanır

Bakı. Trend:

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın bir neçə gün öncə İordaniya Haşimilər Krallığının geniş oxucu kütləsinə malik "Neyruz" xəbər agentliyi və Misir Ərəb Respublikasının "əl-Diplomasi" informasiya portalı tərəfindən dərc olunan "Ermənistan rəhbərliyinin yürütdüyü işğal siyasəti" adlı məqaləsi ərəb ölkələrində maraqla qarşılanıb və digər ərəb KİV-lərində məqalə geniş yayımlanıb.

İnstitutdan Trend-ə bildirilib ki, bu sırada Misir Ərəb Respublikasının “Asiya əl-youm” və “əl-Vəsilə” informasiya portallarını, Körfəz ölkələri üzrə ixtisaslaşmış “Nəbz”, “Şərq”, “Şəfəq” informasiya mobil tətbiqlərini qeyd etmək olur.

Məqalədə Qarabağ ərazisinin qədim Azərbaycan torpaqları olduğu tutarlı tarixi faktlar və beynəlxalq qərar və qətnamələr əsasında qeyd olunur. Akademik G.Baxşəliyeva öz məqaləsində Ermənistanın hərbi-siyasi hakimiyyətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasəti, Xocalı soyqırımının nəticələri haqqında geniş məlumat verir. Bununla yanaşı, akademik Gövhər Baxşəliyeva məqalədə Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməni qeyd edir və qətnamələrdə Ermənistan hərbi qüvvələrinin Azərbaycanın qədim torpağı olan Qarabağı işğal etməsinin vurğulandığı, həmçinin işğal olunmuş əraziləri dərhal tərk etmək tələbi barəsində maddələrə toxunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti