...

Azərbaycan Prezidenti: Biz ermənilərə qarşı etnik təmizləmə aparmamışıq, etnik təmizləməyə məruz qalan biz olmuşuq

Siyasət Materials 31 Oktyabr 2020 12:41 (UTC +04:00)
Etnik təmizləməyə məruz qalan biz olmuşuq
Azərbaycan Prezidenti: Biz ermənilərə qarşı etnik təmizləmə aparmamışıq, etnik təmizləməyə məruz qalan biz olmuşuq

Bakı. Trend:

Biz ermənilərə qarşı etnik təmizləmə aparmamışıq, etnik təmizləməyə məruz qalan biz olmuşuq.

Trend-in xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin "Bu insanlar Sizin hərbi əməliyyatlara, dedikləri kimi etnik təmizləməyə məruz qalırlar?" sualına cavabında deyib.

Dövlət başçısı bildirib:

"Biz etnik təmizləməyə məruz qalmışıq. Onlar Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edəndə, bu 7 rayonda, o cümlədən Dağlıq Qarabağın bir hissəsi olan Şuşada 750 min azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Etnik təmizləməyə məruz qalan biz olmuşuq. Biz ermənilərə qarşı etnik təmizləmə aparmamışıq və bunu indi də etməyi planlaşdırmırıq. Çünki mən demişəm ki, biz birlikdə yaşamalıyıq. Bu, asan olmayacaq. Lakin biz öyrənməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti