Bakı. Elçin Mehdiyev - Trend:
Ermənistan bir tərəfdən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən danışır, digər tərəfdən isə danışıqlara zərbə vuran təxribatlara əl atır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın müharibənin sülh yolu ilə həlli yoxdur deməsi, son hərbçisinə qədər müharibəni davam etdirəcəyi və Azərbaycana torpaqları qaytarmayacağı haqda dedikləri danışıqlar prosesinə bir zərbədir.
H.Hacıyev qeyd edib ki, nəticə o zaman olar ki, qarşı tərəf konstruktirv olsun, ancaq biz bunu görmürük.