...

Prezident İlham Əliyev BBC-nin jurnalistinə: Sizin xoşunuza yalnız ittiham etmək gəlir, amma güzgüyə baxın

Siyasət Materials 9 Noyabr 2020 12:59 (UTC +04:00)
Prezident İlham Əliyev BBC-nin jurnalistinə: Sizin xoşunuza yalnız ittiham etmək gəlir, amma güzgüyə baxın

Bakı. Trend:

Sizin xoşunuza yalnız ittiham etmək gəlir, amma güzgüyə baxın.

Trend-in məlumatına görə, Prezident İlham Əliyevin “BBC News”a müsahibəsində deyib.

Dövlət başçısmız və jurnalist arasındakı dialoq:

Ermənilərin burada azad mətbuatının olmayacağı ilə bağlı məni ittiham etmək əvəzinə, gəlin, Assanj barədə danışaq. Bağışlayın, o, Ekvador səfirliyində neçə il keçirdi və nəyə görə? O, indi haradadır? Jurnalist fəaliyyətinə görə siz həmin şəxsi girov saxladınız, əslində, mənəvi və fiziki olaraq onu öldürdünüz. Bunu siz etmisiniz, biz yox. İndi o həbsxanadadır. Siz bu işlərlə məşğul olduğunuz halda, sizin azad mətbuat haqqında danışmağa mənəvi haqqınız yoxdur.

- Münaqişəyə qayıdaraq...

- Bəli, yaxşı olardı ki, münaqişəyə qayıdasınız, çünki bu sizin xoşunuza gəlmir. Sizin xoşunuza yalnız ittiham etmək, hücum etmək gəlir. Amma güzgüyə baxın. Mən dəfələrlə demişəm, buraya gəlməmişdən və bizə mühazirə oxumaqdan əvvəl baxın. Siz sualınızla məni ittiham edirsiniz. Bu, sual deyil, bu, ittihamdır. Siz prokuror kimi danışırsınız. Niyə? Əgər siz bu qədər demokratik və obyektivsinizsə, nəyə görə Assanjı həbsxanada saxlayırsınız? Nə üçün? Siz onu jurnalist fəaliyyətinə görə həbsxanada saxlayırsınız.

- Mən onu həbsxanada saxlamıram, Prezident Əliyev.

- Bu, sizin xoşunuza gəlmir.

- Bu, xoşa gəlmək məsələsi deyil.

- Siz buna öyrəşməmisiniz.

- Bu, bizim müsahibənin mövzusu deyil.

- Çünki siz ancaq hücum etməyə adət etmisiniz.

- Bu, bizim müsahibənin mövzusu deyil.

- Bu, müsahibənin mövzusu deyil, amma siz bunu qaldırırsınız.

- Siz bu məsələni qaldırdınız.

- Xeyr, siz qaldırdınız.

- Siz Asanj məsələsini qeyd etdiniz.

- Siz dediniz ki, əgər ölkənizdə azad media yoxdursa, ermənilər müxalifətsiz sizin ölkədə necə yaşaya bilərlər? Bu, sizin sözlərinizdir, ittihamdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti