Bakı. İlhamə İsabalayeva - Trend:
Bütün xalqımızın səbrsizliklə gözlədiyi bir məqama – keçən əsrin əvvəllərindən bünövrəsi qoyulan və günümüzə qədər davam edən, Azərbaycan xalqının ən ağrılı probleminə - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Bu məsələ artıq demək olar ki, birdəfəlik həll edildi.
Bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev deyib.
Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı çıxışını qiymətli çıxış sayan alim qeyd edib ki, Qarabağ münaqişəsinin birdəfəlik həllini neçə illər arzulasaq da, bu, mümkün olmurdu:
"Ulu öndərimizin bir kəlamını xatırlayırıq: “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”. Bu, şansı vaxtında qiymətləndirən və xilaskarlıq yürüşünü bacarıqla, qısa müddətdə (44 günə) başa vuran Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin və onun yaratdığı müzəffər ordumuzun şücaəti hesabına baş verdi. 30 il bundan əvvəl işğal edilmiş əraziləri azad etmək tarixi bir qələbədir. Bu, Azərbaycan tarixində 200 ildə ilk dəfə baş verən bir hadisədir, yeni tariximizin başlanğıcıdır".
Bu münaqişənin başlanılma tarixinə də toxunan tarixçi alim qeyd eib ki, 20-ci yüzilliyin əvvəllərindən erməni millətçiləri öz tarixi torpağında yaşayan Azərbaycan türklərinə və bütünlüklə müsəlmanlara qarşı planlı surətdə kütləvi qırğın (1905-1906), etnik təmizləmə, deportasiya və soyqırımı (1918-ci il mart) həyata keçirib. Ermənilərin Azərbaycanın Yuxarı (Dağlıq) Qarabağ ərazisinə əsassız ərazi iddiaları sovet hakimiyyəti illərində də davam etdirilib.
Onun sözlərinə görə, sovet lideri M.Qorbaçov Dağlıq Qarabağı ermənilərə verməyin tərəfdarı idi. M.Qorbaçovun dəstəyindən ruhlanan Ermənistan hökuməti 1989-cu ilin fevral ayında Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi. Getdikcə geniş vüsət alan münaqişə artıq müharibə vəziyyətinə çatdırıldı:
"1991-ci ilin sonlarında Ermənistan Respublikası Azərbaycan Respublikasına qarşı açıq və ədalətsiz müharibəyə başladı. 1992-ci ildə Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərinə genişmiqyaslı hərbi hücumları başlandı. 1992-1993-cü illərdə Ermənistan hərbi qüvvələri Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisini və onun ətrafındakı 7 rayonunu - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanı, yəni Azərbaycan ərazisinin 20%-ni işğal etdi.
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının münаqişəyə dаir 4 qətnаmə qəbul edərək erməni işğalçı qüvvələrinin Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxmasını tələb etməsinə baxmayaraq, Еrmənistаn Respublikası bu tələbləri yerinə yetirmədi. Bu da sonu...".