Azərbaycanda tolerantlıq ənənələrinin möhkəmləndirilməsində Prezident İlham Əliyevin rolu

Azərbaycanda tolerantlıq ənənələrinin möhkəmləndirilməsində Prezident İlham Əliyevin rolu

Bakı. Trend:

Tarix boyu Azərbaycanda bir çox xalqlar, etnik qruplar məskunlaşmış, onlar arasında möhkəm dözümlülük əlaqələri olmuş, öz milli xüsusiyyətlərini, dinlərini və adət-ənənələrini qoruyub saxlamış, milli, irqi və dini zəmində ayrı-seçkilik baş verməmişdir.

Azərbaycan tarixin bütün dövrlərində dini dözümsüzlükdən əziyyət çəkən insanlar üçün sığınacaq rolunu oynamış, bura təkcə fərqli dinlərin nümayəndələri deyil, həm də müxtəlif səbəblərdən təzyiqlərə məruz qalan ayrı-ayrı dini cərəyanların nümayəndələri də pənah gətirmişlər. Onlar burada özlərini nəinki yad hiss etməmiş, hətta, yerli əhali ilə qaynayıb qarışmış, qohumluq əlaqələri qurmuş və Azərbaycan xalqı ilə həmrəy olmuşlar.

Müasir dövrdə ölkəmizdə bütün dinlərin tarixi, mədəni abidələri və zəngin mənəvi irsi dövlət tərəfindən qorunur. Bu gün Azərbaycanda bir çox xristian və yəhudi dini ibadət yerləri və tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir, dövlət qayğısı ilə əhatə olunur.

Əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasəti müasir dövrdə Prezident İlham Əliyev böyük uzaqgörənlik və uğurla davam etdirir. Bu gün ölkədə yaşayan müxtəlif dinlərin nümayəndələrinə diqqət və qayğının göstərilməsi Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Məhz bu siyasət sayəsində dövlət dini icma və dindarlara xüsusi diqqət və qayğı ilə yanaşır, hər il dövlət büdcəsindən dini icmalara yardımlar ayrılır, dini bayram və mərasimlər dövlət səviyyəsində qeyd edilir.

Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə, tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə, dini abidələrin təmir və bərpasına xüsusi önəm verir, mütəmadi olaraq dini icma liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır, dini bayramlar ölkəmizdə dövlət səviyyəsində qeyd edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində son illər bir sıra məscidlər, tarixi mədəniyyət abidələri, o cümlədən Təzəpir, Əjdərbəy və Şamaxı məscidləri, Bibiheybət, Gəncə və Bərdə İmamzadə ziyarətgahları yüksək memarlıq üslubunda təmir və bərpa olunmuşdur. Eyni zamanda, Bakıda öz möhtəşəmliyi və əvəzsiz memarlıq üslubu ilə seçilən Heydər Məscidi inşa olunmuşdur.

Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı ilə 2014-cü ilin may ayında Azərbaycanda dini dözümlülük ənənələrinin daha da möhkəmləndirilməsi, milli və dini azlıqlara dövlət qayğısının artırılması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə ölkəmizdə dini fəaliyyət sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Azərbaycan İlahiyyat İnstitutu yaradılmışdır.

Dini etiqad azadlığının təmin olunmasında və dini dözümlülük ənənələrinin möhkəmləndirilməsində mədəniyyətlərarası dialoq və dinlərarası əməkdaşlıq xüsusi rol oynayır. Dinlərarası ədavət və münaqişələrin qızışdırılmasının qarşısının alınmasında bütün cəmiyyət, dövlət və qeyri-dövlət qurumlarının üzərinə böyük vəzifələr düşür. Bu reallığı nəzərə alan Azərbaycan dövləti Prezident İlham Əliyevin diqqət və qayğısı ilə bütün dinlərin dəyərlərinə hörmətlə yanaşır, ölkəmizdə tolerantlıq ənənələrini möhkəmləndirir, dini ədavət və düşmənçilik çağırışlarının qarşısını alır, xalqlar, dinlər və sivilizasiyalararası dialoqun və əməkdaşlığın gücləndirilməsinə çalışır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər görülən işlər və həyata keçirilən tədbirlər ölkəmizdə hər kəsin əqidə seçiminə hörmətlə yanaşıldığını, qəbul edilən qanun və normativ aktların beynəlxalq hüquq və normalara uyğunlaşdırıldığını, görülən işlərin bütövlükdə əqidə azadlığını təmin etməyə, bu sahədə yarana biləcək problemləri həll etməyə, dövlətlə dini qurumlar arasında münasibətləri qanun çərçivəsində tənzimləməyə hüquqi əsas verdiyini, ölkəmizdə bütün dinlərə bərabərhüquqlu şəraitin yaradıldığını, tolerantlığın yüksək səviyyədə olduğunu, hökumətin bütün xalqların, etnik azlıqların hüquqlarına hörmətlə yanaşdığını, onların tarixi və mədəni irsinin öyrənilməsinə, qorunub saxlanılmasına xüsusi önəm verdiyini göstərir.

Bu gün dünyada ciddi proseslər gedir. Müasir dövrdə qarşıda duran əsas vəzifə bu zəngin irsi daha dərindən öyrənmək, qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir. Bu, hər bir Azərbaycan vətəndaşının üzərinə düşən tarixi məsuliyyətdir.

Yuxarıda qeyd olunanlara istinad edərək deyə bilərik ki, tolerantlıq Azərbaycanın əvəzsiz, dünya xalqlarına nümunə göstəriləcək milli-mənəvi sərvətidir. Azərbaycan xalqı özünün tolerantlıq ənənələrini bundan sonra da qoruyub saxlayaraq gələcək nəsillərə çatdıracaq və bu ənənənin zəiflədilməsinə yönələn bütün cəhdlərin qarşısını qətiyyətlə alacaqdır.

Sonda qeyd edək ki, bu gün Azərbaycan tarixinin ən şərəfli və qürurlu günlərindən birini yaşayır. Son 200 ildə ilk dəfə olaraq Azərbaycan xalqı itirilmiş torpaqlarını geri qaytardı. Bu zəfərin əsas qəhrəmanı Prezident İlham Əliyevdir.

Onu da qeyd edək ki, düşmən işğal etdiyi bütün ərazilərdə dini ibadət ocaqlarımızı dağıdıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan qısa müddətdə bütün ibadət ocaqlarını təmir və bərpa edəcək, vətəndaşlarımız orada ibadətlərini sərbəst yerinə yetirə biləcəklər.

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

179 ərzaq satışı obyektində monitorinqlər aparılıb
179 ərzaq satışı obyektində monitorinqlər aparılıb
Azərlotereyanın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb (FOTO)
Azərlotereyanın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb (FOTO)
Böyük qayıdış üzrə İşçi Qrup yaradılıb
Böyük qayıdış üzrə İşçi Qrup yaradılıb
Loading Bars
Xəbər lenti
Bərdədə 3 avtomobil toqquşdu, iki nəfər ölüb, yaralılar var (FOTO)
İngiltərə Premyer Liqası: "Arsenal "Lester"ə qalib gəldi
Şəmkirdə traktor yanıb
Xocavənd rayonunun Çiraquz kəndi (FOTO/VİDEO)
Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırılıb (FOTO)
Alyaskada 5,4 bal gücündə zəlzələ olub
"Azərişıq" smart kart ödənişlərində problem yaranacağı iddiaları barədə açıqlama verib
Füzulidəki yeni aeroportun uçuş eniş zolağının uzunluğu 3 min metr olacaq (VİDEO)
Neftçalada inzibati binada yanğın olub
Azərbaycan Ombudsman institutu İƏT ölkələrinin ombudsman təsisatları üçün təlim-seminar təşkil edib
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib
Prezidentin keçirdiyi mətbuat konfrası ilə Azərbaycanın mövqeləri daha da möhkəmləndi - Ekspert
Azərbaycanda 270 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib
Azərbaycan meydana gələ biləcək hər hansı təhdidlərin qətiyyətlə qarşısını almağa qadirdir - Leyla Abdullayeva
Gürcüstanlı jurnalistlər və ekspertlər Füzuli rayonuna səfər ediblər (FOTO)
Gürcüstanda son sutkada 248 koronavirusa yoluxma halı aşkarlanıb
Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi - Leyla Abdullayeva
Ağdam rayonunun Eyvazxanbəyli kəndi (FOTO/VİDEO)
Uruqvayda koronavirus əleyhinə vaksinasiya başlanılıb
Hərbi qulluqçumuz təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub - MN
13 minədək şəxs postmüharibə dövründə sosial dəstək tədbirləri ilə əhatə olunub
Sabahın hava proqnozu açıqlanıb
Qazaxıstanda koronavirusdan son sutka 590 nəfər sağalıb, 791 nəfər yoluxub
Prezidentin mətbuat konfransı Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından olduqca əhəmityyətli oldu - Deputat
Meksikalı boksçu Alvares WBC və WBA versiyaları üzrə dünya çempionu titulunu qorudu
Niderlandda “Xocalıya ədalət!” tələbi ilə lövhə quraşdırılıb və aksiya keçirilib (FOTO)
Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb (FOTO)
BMT-nin Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib (FOTO)
Bosniyalı redaktor Xocalı və Srebrenitsa soyqırımları arasında paralelliyi təhlil edib
Peru sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
ABŞ-da "Johnson & Johnson" koronavirusa qarşı peyvəndinin istifadəsi təsdiq edilib
Çində kimyəvi zavodda zəhərli qaz sızması səbəbindən beş nəfər ölüb
Bu gün magistraturalara qəbul imtahanı keçiriləcək
Meksikanın nüfuzlu internet televiziyasında Xocalı soyqırımı və erməni təcavüzü haqda danışılıb (FOTO/VİDEO)
Suriyada qaçqın düşərgəsində baş verən yanğında ən az dörd nəfər öldü
Alyaskada 5,3 bal gücündə zəlzələ olub
Füzulidə tikiləcək beynəlxalq hava limanı Qarabağa açılan qapı olacaq (VİDEO)
Laçın rayonunda qədim Alban-udi xristian məbədində ikinci xidmət keçirilib
ÜST: Dünyada ötən sutka koronavirusa 420 mindən çox yoluxma qeydə alınıb
Azərbaycan artıq müharibə etmək istəmir - Rusiyalı hərbi mütəxəssis
Hətta Suriyanın Homs şəhərində bu qədər böyük dağıntılar görmədim - Ukraynalı hərbi müxbir Ağdamda (FOTO)
Bakıda mənzildən kişi meyiti tapılıb
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Prezidentin 4 saat su belə içmədən keçdiyi master-klas: Məntiq, təmkin, nəzakət və dəqiqlik
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub (FOTO)
İŞİD terrorçuları Suriyada qaz boru kəmərini partladıb
Tailandda Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Daha bir neçə gimnastımız idman ustası oldu
Böyük Britaniyanın Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb
İndoneziya gənclər təşkilatları Xocalı qurbanlarını andı
Xocalı faciəsinə hüquqi baxış mövzusunda Beynəlxalq Simpozium keçirilib (FOTO)
Pakistanın Lahor şəhərində Xocalı qurbanları anıldı (FOTO)
AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər (FOTO)
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb olunur - XİN
Diaspor fəalları Avropa ölkələrinə "Xocalıya ədalət!" ismarıcını ünvanlayıblar (FOTO)
179 ərzaq satışı obyektində monitorinqlər aparılıb
Havanın qəfil kəskinləşəcəyi öncədən bəlli olduğundan BŞİH hər vəziyyətə hazır idi - Eldar Əzizov
Azərbaycanda 278 nəfər COVID-19-a yoluxub, 172 nəfər sağalıb, 5 nəfər vəfat edib
ABŞ-ın müxtəlif şəhərlərində Xocalı soyqırımını tanıdan xüsusi avtomobillər hərəkət edir (FOTO)
Daha bir qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb
Azərlotereyanın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb (FOTO)
ABŞ konqresmeni Xocalı soyqırımı ilə əlaqədar bəyanat verib
“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi - SƏRƏNCAM
Görkəmli sərkərdə Akim Abbasovun xatirəsi yad edilib (FOTO/VİDEO)
Dövlət başçısı “Notariat haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqlədi
“Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
"Alim" Elmi Assosiasiyası Xocalı soyqırımı ilə bağlı fransız dilində vebinar təşkil edib (FOTO)
Yeni Zelandiyanın ən böyük şəhəri karantinə alınır
23 cinayətin üstünü “isti izlər”lə açılıb
İndiyədək ölkəmizdə koronavirusa qarşı vaksinasiya olunanların SAYI açıqlanıb
Ermənistan prezidenti son iki gündə ikinci dəfə Baş Qərargah rəisi ilə görüşüb
İranda daha 81 nəfər koronavirusdan öldü
Mart ayına olan hava proqnozu açıqlanıb
Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir - ÜNVANLAR (FOTO)
Haitidə 400-dən çox məhbus həbsxanadan qaçıb, qarşıdurmada 25 nəfər ölüb
ABŞ-ın Portland şəhərində Xocalı soyqırımının qurbanları anılıb (FOTO/VİDEO)
Yunanıstandakı "QALA" cəmiyyəti Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edib (FOTO)
Böyük qayıdış üzrə İşçi Qrup yaradılıb
İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Floridada Xocalı faciəsi qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb (VİDEO)
Səbail rayonunda narkotik satışı ilə məşğul olan dəstənin daha bir üzvü saxlanılıb (FOTO/VİDEO)
Avropa məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub (FOTO)
Bakı küçələri qardan sonra təmizlənir (FOTO)
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü veriləcək
Şəhərdə gördüyümüz tək şey xarabalıqlar idi - Bosniya "O Kanal" kanalının Ağdamdan REPROTAJI
2021-2025-ci illər inkişaf strategiyasının hazırlanması üçün 10 alt işçi qrupu yaradılıb
Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib (VİDEO)
Xarici jurnalistlər 2 yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirildiyi kənddə olublar
Yerevanda Paşinyanın istefasını tələb edən etirazçılar meydanlarda gecələyir
Türkiyədə martın 2-dən məktəblər açılır
Məşğul şəxslər barədə məlumatların reyestrə daxil edilməsi tələbləri dəyişib
Zərdabda qadın evdən külli miqdarda pul oğurladı
Lənkəranda heroin daşıyan avtomobil yaxalandı
Bazar günü 16 dərəcəyədək isti olacaq
Niderlandın Life24 kanalında Xocalı soyqırımından danışılıb (FOTO)
Qarlı yollarda avtoxuliqanlıq edən sürücülər saxlanılıb (FOTO)
Ağsu sakinindən odlu silah götürülüb
Fransada Qarabağ həqiqətlərini əks etdirən qətnamələrin qəbulu üzrə təklif hazırlanır - Fransalı deputatın "Lagazetteaz.fr" qəzetinə müsahibəsi
Bütün xəbərlər