...

RİİB-in Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək

Siyasət Materials 15 Yanvar 2021 15:45 (UTC +04:00)
RİİB-in Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək

Bakı. Trend:

“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Tərtər rayonunda yerləşən Qarabağ regional bölməsi yaxın günlərdə Şuşa şəhərinə köçürüləcək. Hazırda bununla bağlı təşkilati işlər görülür.

Trend xəbər verir ki, İctimai Birliyin nümayəndələri və könüllüləri işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək quruculuq işlərində, eləcə də ictimai nəzarət, vətəndaş müraciətlərinə baxılması, sosial, səhiyyə, təhsil, mədəniyyət, infrastruktur və digər istiqamətlərdə layihələrin icrası, həmçinin regionun inkişafı sahəsində həyata keçirilən digər tədbirlərdə yaxından iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti