...

Ağdamda təxminən otuz illik erməni işğalından sonra yalnız dağıntılar qalıb - "National Geographic" (FOTO)

Siyasət Materials 29 Yanvar 2021 11:34 (UTC +04:00)
Ağdamda təxminən otuz illik erməni işğalından sonra yalnız dağıntılar qalıb - "National Geographic" (FOTO)

Trend-i buradan izləyin

Bakı. Orxan Nəbiyev - Trend:

Vaxtilə 40 min nəfər əhalisi olmuş və bu yaxınlarda Azərbaycan tərəfindən azad edilmiş Ağdam şəhərində təxminən otuz illik erməni işğalından sonra yalnız dağıntılar qalıb.

Trend-in məlumatına görə, bu barədə "National Geographic" jurnalının "Instagram" səhifəsindəki paylaşımında deyilir.

Qeyd olunub ki, 1993-cü ildə Ağdam işğal ediləndən sonra yalnız məscid binası bütöv qalıb, digər bütün bina və tikililər dağıdılıb.

Ötən ilin sentyabrında başlamış və 44 gün davam etmiş müharibə nəticəsində Azərbaycan 1990-cı illərdə itirdiyi ərazilərin böyük hissəsini azad edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti