...

Prokurorluq orqanları ilə bağlı qanunvericilik sahəsində dəyişiklik ediləcək - Prezidentin köməkçisi

Siyasət Materials 11 Fevral 2021 10:25 (UTC +04:00)
Prokurorluq orqanları ilə bağlı qanunvericilik sahəsində dəyişiklik ediləcək - Prezidentin köməkçisi

Bakı. Elçin Mehdiyev - Trend:

Prokurorluğun fəaliyyətinin yaxşılaşdırılması istiqamətində geniş islahatlar aparılıb və yeni kadrlar təyin olunub.

Trend-in məluatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

F.Ələsgərov bildirib ki, həyata keçirilən islahatlar nəticəsində prokurorluq əməkdaşlarının vəzifə maaşları 2 dəfə artırılıb:

“Prezident daim prokurorluğun maddi texniki bazasının gücləndirilməsinə diqqət ayırıb. Bu gün yeni inzibati binanın ən müasir texnologiyalara cavab verəcək şəkildə hazırlanması da buna nümunədir. Prokurorluq orqanlarının vəzifəsi qanunvericiliyin keşiyində durmaqdır”.

Onun sözlərinə görə, baş prokurorun təklifi ilə qanunvericilik sahəsində də dəyişiklik ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti