...

Aİ Azərbaycanla sülh quruculuğu üzrə təcrübəsini bölüşməyə hazırdır - Yankauskas

Siyasət Materials 18 Fevral 2021 13:37 (UTC +04:00)
Aİ Azərbaycanla sülh quruculuğu üzrə təcrübəsini bölüşməyə hazırdır - Yankauskas

Bakı. Ceyla Əliyeva, tərcümə Orxan Nəbiyev - Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanla sülh quruculuğu üzrə təcrübəsini bölüşməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O bildirib ki, Azərbaycan bundan fayda əldə edə bilər:

"İnanırıq ki, əməkdaşlıq sayəsində Cənubi Qafqaz regionunun münaqişəsiz və dinc bölgə olduğunu görəcəyik".

K.Yankauskas əmin olduğunu bildirib ki, gələcəkdə regionda bütün ölkələrin aktiv diplomatik münasibətləri, açıq sərhədlər və dinc birgəyaşayış mövcud olacaq.

Xəbər lenti

Xəbər lenti