...

Xarici jurnalistlər 2 yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirildiyi kənddə olublar

Siyasət Materials 27 Fevral 2021 12:53 (UTC +04:00)
Xarici jurnalistlər 2 yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirildiyi kənddə olublar

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda səfədə olan xarici jurnalistlərin işğaldan azad olunmuş ərazilərə səfəri təşkil olunub.

Trend-in məlumatına görə, jurnalistlər Füzuli şəhərində olublar. Xarici jurnalistlər 2 yaşlı Zəhranın və nənəsinin ermənilər tərəfindən qətlə yetirildiyi Alxanbəyli kəndində olublar.

Gün ərzində 40-dan çox xarici media nümayəndəsi Füzuli və Cəbrayılda işğaldan azad edilmiş ərazilərdəki erməni vəhşiliklərini öz gözləri ilə görəcəklər.

Onlar həmçinin Füzlidə hava limanının tikintisi ilə tanış olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti