İƏT-in Zirvə toplantısı: Türkiyə, Pakistan və Əfqanıstan Azərbaycanın strateji tərəfdaşları kimi...

İƏT-in Zirvə toplantısı: Türkiyə, Pakistan və Əfqanıstan Azərbaycanın strateji tərəfdaşları kimi...

Bakı. Alpər Ziya - Trend:

Dünən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) onlayn Zirvə toplantısı keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla toplantıda çıxış edən üzv dövlətlərin liderləri Azərbaycanla bağlı çox nikbin fikirlər səsləndirdilər. Xüsusən də Türkiyə, Pakistan və Əfqanıstanın rəhbərlərinin Prezident İlham Əliyevi Vətən müharibəsində qələbə münasibətilə təbrik etməsi həmin ölkələrlə Azərbaycanın sıx tərəfdaşlıq əlaqələrinin bariz nümunəsi, Azərbaycanın dünyada artan nüfuzunun təsdiqidir.

Türkiyə, Pakistan və Əfqanıstandan Azərbaycana böyük etimad

“Mən Azərbaycanın işğal olunmuş ərazilərinin müvəffəqiyyətlə azad edilməsi münasibətilə Prezident İlham Əliyevi xüsusilə təbrik etmək istəyirəm” deməklə Pakistanın baş naziri İmran Xan Azərbaycana və onun dövlət başçısına yüksək etimadının olduğunu bəyan etdi.

Həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vətən müharibəsində qələbəni “dastanlara yazılacaq bir qələbə” adlandırması, Əfqanıstan Prezidenti Əşrəf Haninin “atanız sağ olsaydı, sizinlə fəxr duyardı” fikrini söyləməsi Zirvə toplantısında xüsusi diqqət çəkən fikirlər idi.

Eyni zamanda təşkilata üzv olan digər dövlət rəhbərlərinin də Azərbaycan və onun prezidenti barədə nikbin və olduqca səmimi sözləri Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əlaqələrinin yüksək səviyyədə olduğunu göstərdi. Budəfəki tədbir də bir daha məhz bunu təsdiqləmiş oldu.
Bu arada onu da vurğulamaq yerinə düşər ki, Türkiyə, Pakistan və Əfqanıstan hələ 2020-ci il sentyabrın 27-dən - müharibə başlandığı gündən Azərbaycana xüsusi dəstəklərini nümayiş etdirib, siyasi və mənəvi dəstəklərini əsirgəməyiblər. Bununla əlaqədar Türkiyə, Pakistan və Əfqanıstanın müxtəlif səviyyələrdə dəstək bəyanatları oldu.

Əfqanıstan və Pakistan Vətən müharibəsi dövründə və ondan sonra Azərbaycana ciddi dəstəklərini ifadə edib

Əfqanıstan və Pakistanın Azərbaycana dəstəyi ilə bağlı qısa xronikaya diqqət etsək, görərik ki, Əfqanıstan Prezidentinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıq bəyanatı olmayıb. Lakin Azərbaycan Respublikasının Prezidentinə ad günü münasibətilə 2020-ci ilin dekabr ayında ünvanlandığı məktubuna diqqət edək: “Bu il Sizin 17 illik müdrik və uzaqgörən liderliyiniz sayəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı tarixi qələbələrin qazanıldığı uğurlu bir ildir.”
Həmçinin, 28.09.2020 tarixində Əfqanıstan Xarici İşlər Nazirliyi belə bir bəyanat yaydı: “Dağlıq Qarabağ regionu beynəlxalq aləmdə Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Əfqanıstan Dağlıq Qarabağın işğalına son qoyulmasını tələb edir, Azərbaycan xalqının, Azərbaycan hökumətinin və dünyanın digər ölkələrinin bununla əlaqədar səylərini dəstəkləyir”.

Pakistana gəldikdə isə 2020-ci il sentyabrın 27-də Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatında deyilir: “Erməni silahlı qüvvələri tərəfindən sentyabrın 27-də Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutmasını qınayırıq və bu, növbəti təxribatdır. Bu, bütün bölgənin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı olan qətnamələrinə əsaslanan mövqeyini dəstəkləyirik”.

2020-ci il noyabrın 16-da Pakistanın Baş naziri İmran Xan bu ölkənin yerli televiziya kanallarından birinə müsahibəsində “Azərbaycan Silahlı Qüvvələri nümunəvi şücaət göstərib. Qarabağ mübahisəli ərazi deyil. Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir və onu bu ölkənin ərazisi kimi tanıyır. Azərbaycanlılar öz əzəli torpaqlarını geri qaytardılar” dedi.

2020-ci il noyabrın 11-də Pakistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda hərbi əməliyyatların dayandırılmasını alqışlayan açıqlama yayıb. 2020-ci il oktyabrın 28-də Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı qəddar hücumlarını qəti pisləyən qətnamə qəbul edib.

Ötən il dekabrın 30-da Pakistanın Prezidenti və birinci xanımı Heydər Əliyev Fondunun dəstəyi ilə İslamabadda fiziki qüsurlu şəxslər üçün keçirilən əlil arabalarının təqdim olunması mərasimində iştirakı zamanı Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və təcavüzkar Ermənistan üzərində qələbə qazanması münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib, xüsusi təbriklərinin Azərbaycan Prezidentinə də çatdırılmasını xahiş edib.

2021-ci il yanvarın 14-də xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri İmran Xan ilə görüşündə İmran Xan əldə etdiyi qələbə münasibətilə Azərbaycanı təbrik edərək, bu xüsusda səmimi arzularının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətinə çatdırılmasını xahiş etdi. Qələbənin Pakistan xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən Baş nazir bu hadisəni Pakistan xalqının Azərbaycanla birgə qeyd etdiyini bildirdi.

İƏT-in profili, məqsəd nədir?

Bu dəstəyin belə bir mühm tədbirdə bir daha ifadə edilməsi Azərbaycanın həm regionda, həm də İƏT çərçivəsindəki yüksək nüfuzundan xəbər verir. Bu toplantı, həmçinin İƏT-in nə qədər əhəmiyyətli bir təşkilat olduğunu göstərdi. Bu, məqsədi üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafı olan hökumətlərarası regional bir təşkilatdır. 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən Regional İnkişaf üçün Əməkdaşlıq olaraq yaradılan təşkilat 1985-ci ildə “ECO” (İƏT) olaraq yenidən quruldu.

Hazırda təşkilatın 10 üzvü var. Bunlar Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistandır. Azərbaycan 1992-ci ildə təşkilata üzv olub. Təşkilatın Baş katibi Hadi Süleymanpurdur (İran). Katibliyi isə Tehranda yerləşir.

Təşkilatın iqtisadi tədqiqat mərkəzi məhz Azərbaycanda təsis edilib. Birgə layihələrin hazırlanması üçün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) iqtisadi tədqiqat mərkəzinin Azərbaycanda təsis edilməsi fikrini Azərbaycanın ümummilli lideri Heydər Əliyev ilk dəfə 2002-ci ildə İstanbulda keçirilmiş İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının VII Zirvə Görüşündə irəli sürmüş və bunun vacibliyini qeyd etmişdi. Mərkəzin təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən İƏT-in 2006-cı ildə Bakıda keçirilmiş IX Zirvə görüşündə təkrar irəli sürülmüş və bu təklif “Bakı Deklarasiyası-2006” adlı sənəddə öz əksini tapmışdır.
Bu gün İƏT Tədqiqat Mərkəzi İƏT-in ixtisaslaşmış agentliyi kimi hüquqi şəxs statusuna malikdir. Mərkəzin məqsədi tədqiqata əsaslanmış özülün üzərində regional əməkdaşlığın yaradılması üçün İƏT-ə və onun üzvlərinə yardım etməkdir.
Məhz bu konteksdə Azərbaycan Prezidenti İlham Əliyevin 14-cü Zirvə toplantısındakı nitqində Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərinə böyük əhəmiyyət verdiyi, eləcə də İƏT-in Tədqiqat Mərkəzinin Azərbaycanda yerləşməsi və təşkilata üzv dövlətlərin ümummilli lider Heydər Əliyevin bu təşəbbüsünü dəstəkləməsi xüsusi vurğulandı.

Zirvə toplantısının Azərbaycan üçün əhəmiyyəti?

Zirvə toplantısının Azərbaycan üçün bir sıra mühüm əhəmiyyəti ilə diqqət çəkdi. Prezident İlham Əliyevin timsalında Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsi, Ermənistanın 30 il davam edən işğal siyasətinə son qoyulması, Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın kənd və şəhərlərini, bütün mədəni və dini abidələrini qəsdən dağıtması, məscidlərin, mədəni və dini abidələrin dağıdılmasının İslam dünyasına hörmətsizliyin və düşmən münasibətin təzahürü olması, həmçinin Azərbaycanın müsəlman ölkələri arasında həmrəyliyin güclənməsinə dəyərli töhfələr verməsi, dünyada islamofobiyaya qarşı mübarizənin ön cərgəsində yer tutması, Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri, Türk Şurası və Qoşulmama Hərəkatının Zirvə toplantıları, eləcə də BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olması, humanitar və maliyyə yardımları göstərməsi, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləməsi, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri, bu istiqamətdə işlərə başlanması və böyük həcmdə tədbirərin həyata keçirilməsi nəzərdə tutulması kimi firkirlərin bir daha dünyaya çatdırılması olduqca mühüm idi.

Azərbaycanda pul kütləsi əhəmiyyətli dərəcədə artıb
Azərbaycanda pul kütləsi əhəmiyyətli dərəcədə artıb
AİB Azərbaycanda innovativ pilot layihə tətbiq edir
AİB Azərbaycanda innovativ pilot layihə tətbiq edir
“Bank Respublika”nın kredit və depozit portfeli əhəmiyyətli dərəcədə artıb
“Bank Respublika”nın kredit və depozit portfeli əhəmiyyətli dərəcədə artıb
Loading Bars
Xəbər lenti
Türkiyədə son sutkada koronavirusdan 65 593 nəfər sağalıb
Aralıq dənizində 130-a yaxın miqrant qayığın aşması nəticəsində öldü
ABŞ-ın İraqdakı hərbi düşərgəsi yaxınlığında bir neçə raket partlayıb
Dünyada ötən sutka koronavirusa 874 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bayraktar Akıncı TİHA PUA-sı ilk atəş sınaqlarını uğurla tamamladı
"Milan" Zlatan İbrahimoviçlə müqavilənin uzadıldığını açıqlayıb
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Yol polisi Daşkəsəndə reyd keçirib (FOTO)
Kanada gələn həftə 300 min doza "Johnson & Johnson" peyvəndi alacaq
Azərbaycanlı idmançı çoxnövçülükdə bədii gimnastika üzrə Avropa çempionatının finalına çıxıb
Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
"Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
Sumqayıtda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
Bakının Ermənistandan təzminat tələb etmək hüququ var - Rusiyalı politoloq
Azərbaycanda pul kütləsi əhəmiyyətli dərəcədə artıb
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən iqtisadi forum təşkil olunacaq
Zabratda iki piyada keçidində xüsusi düymə ilə idarə olunan yeni işıqfor quraşdırılıb (VİDEO)
MDU-da Beynəlxalq Yer Kürəsi Gününə həsr olunmuş nəzəri-praktiki seminar keçirilib (FOTO)
"Azərbaycan Hava Yolları" London istiqamətində xüsusi reyslərin icrasına başlayır
Beynəlxalq Hüquq Forumunda Ermənistanın hərbi cinayətləri diqqətə çatdırılıb (FOTO)
Azərbaycanda Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılıb
Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların reyestrinin aparılması Qaydasında dəyişiklik edildi
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Gəncədə gördüklərimiz müharibə cinayətidir - Fransalı vəkil
Təhlükəsiz ticarətin təşkili məsələləri müzakirə edilib
Biz istərdik ki, erməni vəhşiliyi beynəlxalq səviyyədə təqdim edilsin - Fransalı hüquqşünas
Azərbaycanla Ermənistan arasında münasibətlərdə etimad tədbirlərinin möhkəmlənməsi vacib tapşırıqdır - Zaxarova
Türkiyə Azərbaycanla Ermənistanın layihələrini dəstəkləyir - Çavuşoğlu
Ombudsmanın Gəncə Regional Mərkəzi onlayn hüquqi maarifləndirmə tədbirləri keçirib (FOTO)
Fransalı hüquqşünaslar Gəncəyə səfər ediblər (FOTO)
Xəzər rayonunda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib (FOTO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 610 nəfər COVID-19-dan sağalıb, 39 nəfər vəfat edib
Cənubi Koreyada Rusiyanın balıqçı gəmisi yanıb
SOCAR Sberbank Publik Səhmdar Cəmiyyəti ilə birgə müəssisəsinin kapitalından çıxır
Rektor: Distant təhsil universitetlərin inkişafı baxımından ciddi çağırış yaratdı
ABŞ 2050-ci ilədək parnik qazlarının atmosferə tullantılarının həcmini sıfıra endirəcək - Bayden
Aprelin 23-nə USD/AZN rəsmi məzənnəsi
Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq
XİN-in sabiq əməkdaşlarının ev dustaqlığı daha 3 ay artırıldı
Azərbaycan İsraildə turizm bürosu açacaq
Azərbaycanın əməkdar pilotları Qarabağa uçuşları səbirsizliklə gözləyir (VİDEO)
Zərdabda reyd: 31 sürücü cərimələndi (FOTO)
Kütləvi immunitetə yaxınlaşırıq - Adil Qeybulla
Gədəbəydə yeni yaradılan 4 kartof sortunun əkininə başlanılıb (FOTO)
İşğal dövründə vurduğu ziyana görə Ermənistanı beynəlxalq məhkəməyə verməliyik - Politoloq
Türkiyəli mütəxəssislər AQTİ laboratoriyaları ilə tanış olublar (FOTO)
Akademik Kamal Abdulla Mərmərə Universitetində dərs keçəcək
Palçıq Vulkanları Turizm Kompleksinin binası krater formasında olacaq
DİN vətəndaşları kibercinayətkarlara qarşı ayıq-sayıq olmağa çağırdı
Havada müşahidə olunan toz lokal xarakter daşıyır - Nazirlik
Sankt-Peterburqdan Bakıya uçuşlar üçün icazə verilib
Yevlaxın içməli su təchizatı sistemi yenidən qurulur
Azərbaycanda ictimai yerlərdə su sızmaları ilə bağlı mobil tətbiq yaradılıb (FOTO)
Vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi artıb - Nazir
Azərbaycan qanunvericiliyi xəstəlikdən əziyyət çəkən şəxslərin işəgötürülmə hüquqlarını və sosial müdafiəsini təmin edir - Könül Nurullayeva (VİDEO)
Ağdamda tarixi abidələrin vandalizmə məruz qaldığını gördük - Yasin Yakuti
Belarus Azərbaycana traktorların yığılması üçün komplekt hissələr tədarük edəcək
Ağdam tamamilə dağıdılaraq, demək olar ki, xəritədən silinib - Fransalı hüquqşünas
Cəbrayıl rayonunun Şahvələdli kəndi (VİDEO)
Bakı limanının əməkdaşları peyvənd olunur (FOTO)
Azərbaycan Rusiya ilə birgə avtomobil istehsal edəcək - Müəssisə işə başladı
Hərarəti yüksək olan bir abituriyent imtahana buraxılmadı
Yem satışı mağazasında nöqsanlar aşkarlanıb (FOTO)
Bu abituriyentlərin nəticələri ləğv olunacaq - DİM
ABŞ Türkiyənin simasında həqiqi müttəfiqlə uydurulmuş tarix arasında seçim etməlidir - Türkiyə PA
Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Azərbaycana qayıtdı (FOTO)
Orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib
Güləşçimiz qitə birinciliyində bürünc medal uğrunda yarışacaq
Fransalı hüquqşünaslar Ağdamda səfərdədilər (FOTO)
Aqroparkların yaradılması ölkəmizin idxaldan asılılığını xeyli azaldır - Deputat
"Yeni Klinika" və Modul Tipli Xəstəxananın rəhbərlərinin həbs görüntüləri yayıldı (VİDEO)
AİB Azərbaycanda innovativ pilot layihə tətbiq edir
Müharibə nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlara yardım davam edir
Vaksinasiya prosesində nöqsanlara yol verən daha 2 nəfər işdən azad edildi (VİDEO)
“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub
Soros “demokratiyasının” iç üzü
Azərbaycanla Ermənistan arasındakı razılaşma yeni səhifə üçün vacib imkandır - Hulusi Akar
Azərbaycan təbii qaz ixracını üç dəfədən çox artırıb
İranda koronavirusdan gündəlik ölüm sayı sürətlə artır
Yollarda Qarabağa doğru istiqamət və məsafəni bildirən lövhələr quraşdırılır (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
213 kiloqramdan artıq heroinin sərhəddən keçirilməsinin qarşısı alındı (VİDEO)
Sabahın hava proqnozu açıqlanıb
Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb - Faktiki hava
Yazlıq əkinləri və meyvə bağlarının bəyanı mayın 31-də başa çatacaq
Vaksinasiya noyabrdakı pik yoluxmanın təkrarlanmasının qarşısını aldı - TƏBİB rəsmisi (VİDEO)
Qarabağla bağlı üçtərəfli bəyanat insan haqlarının müdafiəsi istiqamətində vacib addımdır - Almaniya XİN
Azərbaycan Ermənistanın istənilən təhdidinə layiqli cavab verəcək - Deputat
Sərhəddə 122 kiloqram heroin saxlanılıb
Ermənistan Azərbaycanla sərhəddə təxribatlar törədib - DSX
Azərbaycan nefti bahalaşıb
Həkim məsləhəti olmadan antibiotik istifadəsi ağırlaşmaya səbəb ola bilər
Koronavirusu simptomsuz keçirən xəstələr həkim nəzarətində olmalıdır - Nazirlik
Tibbi Sosial Ekspert Komissiyasının sədri həbs edildi
Ermənistanın hərbi cinayətləri davam edir - Səttar Möhbalıyev
"Aztelekom"a yeni təyinat olub
Bütün xəbərlər