...

ATƏT sədrinin Azərbaycana səfərinin təfərrüatları açıqlandı

Siyasət Materials 14 Mart 2021 13:18 (UTC +04:00)
ATƏT sədrinin Azərbaycana səfərinin təfərrüatları açıqlandı

Bakı. Trend:

ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde martın 15-i Azərbaycana səfər edəcək.

Trend-in ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, A.Linde səfər çərçivəsindəikinci Qarabağ müharibəsinə dair məsələləri, həmçinin ATƏT ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsini müzakirə etmək üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Baş nazir Əli Əsədovla görüşəcək.

Qeyd edilir ki, Ann Linde həmçinin vətəndaş cəmiyyətinin üzvləri ilə də görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti